Azərbaycan dilinin informasiya bazası yaradılıb
22.01.2018 15:00 Sosreaksiya 1824
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Nəsimi adına Dilçilik İnstitutu tərəfindən Azərbaycan dilinin informasiya bazası - www.azerbaycandili.az saytı yaradılıb.
APA-nın xəbərinə görə, saytda “Dil haqqında”, “Qanunlar”, “Azərbaycan dilçiləri” və “Dilçilik kitabxanası” bölmələri mövcuddur.
Bölmələrdə Azərbaycan dili haqqında ümumi məlumat, dövlət dili haqqında hüquqi-normativ baza haqda məlumatlar yerləşdirilib.
İnformasiya bazasında Azərbaycan dilinin izahlı lüğəti, habelə müxtəlif lüğətlər və ədəbiyyatların elektron variantları da yer alıb.
Bu günlərdə saytın geniş ictimaiyyət üçün təqdimatı keçiriləcək.
Şərhlər