Tacir Şahmalıoğlunun dənizdə batan qardaşının meyiti tapıldıı

03.08.2015 10:54     Sosreaksiya     2216

Müğənni Tacir Şahmalıoğlunun dənizdə batan qardaşının meyiti tapılıb.

Bu barədə APA-ya müğənni T. Şahmalıoğlu özü məlumat verib. 

Onun sözlərinə görə, qardaşı, 36 yaşlı Mahir Allahverdiyevin meyiti Corat qəsəbəsində dəniz kənarında aşkar edilib. Dalğa meyiti sahilə çıxarıb. Mərhum bu gün dəfn olunacaq. 

Qeyd edək ki, iyulun 31-də Mahir Allahverdiyev və digər 2 nəfər Novxanı çimərliyində skuterlə dənizə çıxıb. Məlum olmayan səbəbdən skuter aşıb. Hadisə nəticəsində M.Allahverdiyev batıb. M. Allahverdiyevin batmasına səbəb olaraq onun üzərində xilasedici jiletin olmadığı bildirilir.

Şərhlər

Çox oxunanlar