Azərbaycandan bu ay üçün nəzərdə tutulan Ümrə ziyarəti səfəri ləğv olunub
23.01.2018 13:38 Sosreaksiya 1491
Yanvar ayında kiçik Həcc ziyarəti (Ümrə) üçün Azərbaycanda nəzərdə tutulan səfər ləğv olunub.
Bu barədə “Report”a Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) Xarici əlaqələr şöbəsindən bildirilib.
Qeyd olunub ki, növbəti qrupun səfəri fevralın 4-ü başlayacaq: “40-50 nəfərlik həmin qrup fevralın 13-də Azərbaycana qayıdacaq”.
QMİ rəsmisi əlavə edib ki, digər qrupun gedişi mart ayı üçün planlaşdırılır.
Qeyd edək ki, Həcc ziyarətindən iki ay sonra kiçik Həcc (Ümrə) ziyarətinə gedişlər başlayır. Bu il Ümrə ziyarəti üçün tələb edilən vəsaitin məbləği aşağı salınıb. Məsələn, keçən il Ümrə ziyarəti üçün ən aşağı qiymət 2 min dollardan çox idi. Hazırda qiymətlər otelə görə 1500 dollardan 2300 dollara qədər dəyişir. Yəni, qiymətlər 500 dollardan da çox uzuclaşıb.
Ümrə ziyarətinin 3 günlük Mədinə, 5 günlük isə Məkkə ziyarəti ilə yekunlaşır.
Şərhlər