ABŞ-da iki kilsədə partlayış törədilib

03.08.2015 12:13     Sosreaksiya     1960

ABŞ-da iki kilsədə partlayış baş verib.

"Reaksiya.az" BBC-yə istinadən məlumat verir ki, ABŞ-ın Nyu Meksiko ştatında iki kilsədə kustar üsulla hazırlanmış partlayıcı qurğu partladılıb.

 

Partlayışlar Las Kruses şəhərində yarım saat fərqi ilə baş verib.

 

İlk partlayış baptist, ikincisi isə katolik kilsəsində törədilib. Partlayışlar nəticəsində ölən və yaralananların olmadığı bildirilir. Polis hər iki bombanın zəif gücə malik olduğunu açıqlayıb.

 

Hadisəyə görə hələlik məsuliyyəti heç bir qruplaşma üzərinə götürməyib.

 

Polis partlayışlar arasında əlaqəni istisna etməyib.

Şərhlər