Bakıda güləşçi dostunu öldürməkdə təqsirləndirilən şəxs
24.01.2018 13:10 Sosreaksiya 1991
"Özümü müdafiə edirdim"
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qətl törətməkdə təqsirləndirilən Loğman Alıyevin cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.
Hakim Samir Əliyevin sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı çıxış edib.
İttihamda qeyd edilib ki, L.Alıyevin Elçin Tapdıqovla yaxın münasibəti olub, amma sonradan münasibətləri pozulub. Hadisə günü E.Tapdıqov maşınla kafenin önündə dayanan L.Alıyevin yanından keçib.
L.Alıyev E.Tapdıqovun söyüş söydüyünü bəhanə edərək onu çağırıb və məsələyə aydınlıq gətirmək istəyib.
E.Tapdıov geri qayıdıb və onlar təklikdə söhbət edəcəkləri yerə gediblər. Bu zaman L.Alıyev ona çoxsaylı bıçaq vuraraq öldürüb.
Məlum olub ki, tərəflər arasında daha əvvəl də problemlər olub.
İttihama münasibət bildirən L.Alıyev özünü qismən təqsirli bildiyini deyərək onu öldürmək niyyəti olmadığını söyləyib. Bildirib ki, E.Tapdıqovun yanında başqaları da olub və onu döymək istəyiblər: "Özümü müdafiə edirdim".
O, Cinayət Məcəlləsinin 120.2.2-ci (qəsdən adam öldürmə) 120.2.4, 120.2.9-cu maddəsi ilə təqsirli bilinir.
Xatırladaq ki, qətlə yetirilən E.Tapdıqov güləş idman növü ilə məşğul olub.
Şərhlər