Türkiyə sərhədində təyyarə qəzası - 20 ölü

03.08.2015 14:38     Sosreaksiya     1592

Suriyaya aid döyüş təyyarəsi Türkiyə sərhədinə yaxın yerdə qəzaya uğrayıb. Eriha qəsəbəsinə düşən təyyarənin qəza səbəbi  açıqlanmır.
 
Suriya İnsan Haqları Rəsədxanasının verdiyi məlumata görə hadisədə 20 nəfər dünyasını dəyişib. Çox sayda yaralıların olduğu bildirilir.
 
Associated Press bildirib ki, bir müddət Əsəd rejiminin qalalarından olan Eriha qəsəbəsi may ayında müxaliflət qüvvələrinin əlinə keçib.

Şərhlər