Müdafiə Nazirliyi: Ermənilərin hər tərəfdə gözlərinə Azərbaycan əsgəri görünür və bundan xoflanırlar

25.01.2018 12:06     Sosreaksiya     1495

"Guya cəbhə xəttində gərginliyin yaranması, Azərbaycan tərəfinin itkilər verməsi barədə Ermənistan tərəfinin təxribat məqsədi ilə yaydığı xəbərin heç bir əsası yoxdur".

Bunu  sorğuya cavab olaraq Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildiriblər.

"Ermənilər o dərəcədə qorxurlar ki, hər tərəfdə onların gözlərinə Azərbaycan əsgəri görünür və bundan da xoflanırlar. Ordumuz atəşkəs rejiminə tam riayət etməklə düşmənin istənilən hərəkətini nəzarətdə saxlayır və bölmələrimiz heç bir itki verməyib", - məlumatda vurğulanıb.

Reaksiya.az

Şərhlər

Çox oxunanlar