İnsan özünü necə tərbiyə edə bilər?
25.01.2018 12:09 Sosreaksiya 2512
İnsan müxtar varlıqdır ki, Allah Təala onu ixtiyar sahibi etmişdir və özünü tərbiyə etmək kimi böyük vəzifəni onun üzərinə öhdəlik kimi qoymuşdur. Bəs niyə başqa məxluqların belə vəzifəsi yoxdur?
Reaksiya.az deyerler.org-a istinadən bildirir ki, bu vəzifə insanın başqa varlıqlardan nə qədər uca olduğunun nişanəsidir. Başqa varlıqlar Allah və mələklər vasitəsilə idarə olunur və onların sayəsində özlərini islah edirlər. Ancaq insan belə deyildir. İnsan məhz özünü tərbiyə vasitəsilə islah edib, təkamül yolunu keçməlidir.
İnsanın kamalı elə bundadır ki, özü-özünü islah edər və kamala çatdırar.
İnsan ancaq tövhid yolu ilə özünü islah edə bilər. Çünki insanı kamala çatdıran tək yol - tövhid və Allahpərəstlik yoludur.
O zaman ki, insan "Lə iləhə illəllah" deyər, tövhidi qəbul edər və şirki inkar etmiş olar. Quran dəfələrlə möminlərlə kafirlərin misalını çəkərək, onları müqayisə etmiş və hansı dəstənin bəsirət əhli olduğunu tanıtmışdır.
"Bu ikisi (mömin və kafir dəstələri) öz Rəbbləri barəsində (Allahın varlığı, təkliyi, rübubiyyət və übudiyyəti barəsində) çəkişən düşmənlərdir. Beləliklə küfr etmiş kəslər üçün oddan libaslar kəsilmişdir və (Cəhənnəmdə) onların başlarına qaynar su töküləcəkdir". ("Həcc" 19).
Bunu da qeyd edək ki, özünü tərbiyə etmək sadəcə namaz qılıb oruc tutmaqla mümkün deyildir, özünü islah etmək istəyən əqidəsinin üzərində işləməlidir. Təfəkkür edib, əməllərini islah etməlidir.
Əgər əqaidin verdiyi suallara cavab verə bilirsə: haradan gəlmişəm, haradayam, nə etməliyəm, hara gedəcəyəm? - o zaman özünü tərbiyə yolunda qərar tutmuş olar ki, bu yol da onu təkamül etdirər. Ona görədir ki, İmam Əli (ə) buyurur: "Ən üstün tanıma - özünü tanımadır".
Özünü tərbiyə yolunda insan nəfsini tanımalıdır. Belə ki, hədislərin birində oxuyuruq: "Hər kim nəfsini tanıyar, onunla cihad edər. Hər kim onu tanımaz, özünü islah etməkdə səhlənkarlıq edər".
Rəhmətlik İmam (r) buyurur: "İnsan cavanlıqda hər nə qədər nəfsini tərbiyə edərsə, edər. Əgər Allah elələmiş, cavanlıqda bu işi görməzsə, qocalıq vaxtı onu etməsi çətindir. Çünki qocalıqda iradə zəif və düşmən güclü olur. İnsanın iradəsi zəif olar və şeytan ordusu güclü olar. Hələ ki, cavansınız, onun fikrini çəkin".
Ona görədir ki, İmam Əli (ə) buyurur: "Təəccüb edirəm o kəsə görə ki, itirdiyini tapmaq ardıncadır, halbuki özünü itirmişdir və özünü tapmaq ardınca deyildir".
Şərhlər