Bayıl sürüşmə zonasında işlər davam edir - Abid Şərifov əraziyə baş çəkib

25.01.2018 12:53     Sosreaksiya     1619

Ötən gün Bayıl yaşayış massivindəki mövcud sürüşmə zonasında yaranmış sürüşmə təhlükəsi ilə əlaqədar Səbail Rayon İcra Hakimiyyətində yaradılmış Xüsusi Qərargah tərəfindən müvafiq tədbirlər həyata keçirilmişdir.

Səbayel rayon İcra Hakimiyyətətindən verilən məlumata görə, ilk növbədə mütəxəssislər tərəfindən ərazıdə araşdırmalar aparılmış və Bayıl yamacında sürüşməyə meyilli riskli ərazidə 67 ev müəyyən olunmuşdur. Səbail RİH tərəfindən əlavə təhlükəsizlik tədbirləri nəzərə alınmaqla 80 ev (ailə) 390 nəfər ailə üzvü köçürülüb. Onlardan 34 ailə məcburi köçkünlərdir.

Köçürülən vətəndaşların əksəriyyəti qohum, tanış evinə gedib, RİH tərəfindən yaradılmış müvəqqəti sığınacaqda hazırda 42 nəfər var. Onlarım məişət və qidalanma məsələləri həll olunmuş, sığınacaqda həkim postu yaradılıb.

Qərargahdan verilən məlumata görə Bakı şəhərində aktiv sürüşmə zonalarında bu hallar mütəmadi olaraq baş verir. Sürüşmə hadısəsı müəyyən dövrdən bir aktivləşır. Buna relyef dəyişmələri, torpağın dərinliklərindəki prosseslər, xüsusilə də yağıntıların artması və digər amillər təsirini göstərir. Sürüşməyə meyilli ərazidə hər hansı böyük tikinti işləri aparılmır və bura ən yaxın tikinti 5-6 km uzaqlıqdadır ki, onların inşasına icazə FHN, Ekologiya və Təbii Sərvərlər Nazirliyi və digər aidiyyatı qurunlar tərəfindən xüsusi araşdırmalardan sonra verilmişdir. Ona görə də sürüşmə hadisəsini sırf tikinti ilə əlaqələndirmək düzgün deyildir. Hazırda ciddi narahatçılığa əsas yoxdur və ərazi aidiyyatı qurumlar tərəfindən nəzarətdədir.

Ərazidə FHN, Ekologiya və Təbii Sərvərlər Nazirliyi və digər aidiyyatı qurunların mütəxəssisləri araşdırmalar aparır, qəbul edilən qərarlar və görüləcək işlər barədə əlavə məlumat veriləcəkdir.

Baş nazirin müavini Abid Şərifov da Bayıl qəsəbəsindəki sürüşmə zonasında çat əmələ gələn əraziyə baxış keçirib.

A.Şərifov sakinlərlə görüşüb, ərazidə aparılan bərkitmə işləri ilşə tanış olub, müvafiq tapşırıqlarını verib.

Qeyd edək ki, “Teleqüllə” sürüşmə sahəsində – Teleqüllədən 200-250 m cənub – şərqdə torpaq qatında eni 10 sm-dən 1 m-dək, uzunluğu 60-70 metr olan müxtəlif istiqamətli çatlar qeydə alınıb. Bununla əlaqədar Səbail Rayon İcra Hakimiyyətində (RİH) Xüsusı Qərargah yaradılıb.

Təhlükəsizlik nöqteyi-nəzərindən sakinlərə müvəqqəti olaraq evlərini tərk etmələri, qohumları və yaxınlarının evlərinə köçmələri təklif olunub.
 

Şərhlər

Çox oxunanlar