“ASAN xidmət” brendi “Azərişıq” ASC-də: “Bir çox yeniliklər tətbiq olunacaq”

25.01.2018 15:43     Sosreaksiya     1464

Bu gün “Azərişıq” ASC-nin “ASAN xidmət” vasitəsi ilə həyata keçirdiyi yeniliklər, xüsusən “Doing bisness”in tələblərinə uyğun olaraq görülən işlərlə bağlı tədbir keçirilib.

 Tədbirdə “Azərişıq” ASC-nin mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayev, “Azərişıq” ASC-nin Tədris Mərkəzinin direktoru Vüqar Əliyev, Perspektiv inkişaf və “ASAN xidmət”lə iş idarəsinin rəisi Elsəvər Rüstəmli və media nümayəndələri iştirak ediblər.

Tədbirdə "ASAN xidmət" brendi və strateji yol xəritəsinə uyğun olaraq, "Azərişıq" ASC tərəfindən aparılan islahatlardan danışılıb.
Daha sonra yeni yaradılan perspektiv inkişaf və “ASAN xidmət”lə iş idarəsinin “ASAN xidmət”lə birgə həyata keçirilən yeniliklər, “ASAN Kommunal” vasitəsilə texniki şərtlər və digər xidmətlər üzrə daxil olan müraciətlərin sadələşdirilmiş formaya salınması, elektron qaydada edilən prosedurlar barədə məlumat verilib. Həmçinin beynəlxalq təcrübədən yararlanma və fəaliyyətin daha çevik formada aparılmasından bəhs olunub.

Bildirilib ki,“Azərişıq” ASC-yə “ASAN xidmət” vasitəsilə 33 min müraciət daxil olub.

Perspektiv inkişaf və “ASAN xidmət”lə iş idarəsinin rəisi Elsevər Rüstəmli “ASAN xidmət” brendinin “Azərişıq” ASC-də öz perspektivini göstərəcəyini bildirib: “Bugünkü tədbirimizin əsas məqsədi cənab prezidentin “ASAN xidmət” brendi və strateji yol xəritəsinə uyğun olaraq, “Azərişıq” ASC sədri tərəfindən islahatların aparılmasıdır. Bununla bağlı yeni bir idarənin “ASAN xidmət”də fəaliyyətə başlaması və təbii ki, burada yeni iş yerlərinin yaradılması vurğulamaq istərdim. Eyni zamanda digər beynəlxalq şirkətlərin, o cümlədən Dünya Bankının qiymətləndirmə hesabatlarında qoyulmuş qaydalarına da daha ciddi, daha düzgün əməl olunması və tətbiqi işlərin formalaşdırılması da məqsədlərimizdən biridir”.

Elsevər Rüstəmov onu da vurğulayıb ki, “Azərişıq” ASC “ASAN kommunal” vasitəsilə abunəçilərə göstərilən xidmətlərin sayını artırmaq niyyətindədir: “Hazırda bu məsələ ilə bağlı qurum rəhbərliyinin qərar verməsi gözlənilir. Bundan başqa, bir mənzilə ikinci abunəçi kodunun verilməsi də mümkün olacaq. Əgər bir evdə, yaxud mənzildə iki ailə yaşayırsa və onlar ayrılıqda abunəçi kodu və sayğac istəyirsə o zaman əmlakın bölgüsü ilə bağlı notarial qaydada təsdiq edilmiş sənəd gətirməlidirlər. Bundan sonra biz həmin əmlaka ikinci sayğac quraşdırırıq”. 
Tədris Mərkəzinin sədri Vüqar Əliyev də sözügedən sahədə islahatların vacibliyindən danışıb. O, bu yeniliklərin vətəndaşların işinin daha da asanlaşdıracağını bildirib.

Azərişıq ASC-nin mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayev də son illər görülən işlərdən, yeniliklərdən bəhs edib: “Azərişıq” ASC prizmasından əvvəllər şəbəkələrin yenidən qurulması hallarına çox az-az rastlanırdı və təmir üsulları kontekstindən yanaşırdıq. Bu gün isə rəhbərlik konkret olaraq fikri elə bir formada yönəldir ki, yaşayış məntəqələri tamamilə yenidən qurulur. Artıq tam əminliklə deyə bilərik ki, ölkə ərazisində 150-dən yuxarı yaşayış məntəqələrində tamamən 6-10 kv-luq, 0.4 kv-luq şəbəkələr qurulub. Digər tərəfdən sırf biznes mühitinin rahatlaşdırılması üçün bir çox tədbirlər həyata keçirilir. Həm də bunlar cənab prezidentin verdiyi müvafiq sərəncamlarda da öz əksini tapır. Eyni zamanda, cənab sədrin və “Azərişıq” rəhbərliyinin sırf o fərmanların icrasında daha çevik, daha aktiv olması özünü göstərir ki, bu da həm yeni yaradılmış idarələrdə də məqsəd budur. Yaxın aylarda Dünya Bankının qiymətləndirici komissiyanın nümayəndələrinin gəlişi gözlənilir. Bu da öz töhfəsini verəcək”.

Reaksiya.az

Şərhlər

Çox oxunanlar