Azərbaycanın işğal olunmuş ərazilərində Ermənistanın hərbi qulluqçusu öldü

29.01.2018 11:51     Sosreaksiya     1419

Azərbaycanın işğal olunmuş ərazilərində ermənistanlı hərbi qulluqçu həlak olub.

Trend bu barədə erməni KİV-lərinə istinadən məlumat verir.

Qeyd olunur ki, 1998-ci il təvəllüdlü Ovsep Qriqoryan silahla ehtiyatsız davranma nəticəsində həyatıni itirib.

Qeyd edək ki, iki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana ərazi iddiaları nəticəsində başladı. Dağlıq Qarabağ və ona sərhəd yeddi rayon – Azərbaycan ərazisinin 20 faizi – Ermənistan silahlı qüvvələrinin işğalı altındadır.

1994-cü ilin mayında tərəflər atəşkəs rejiminə nail olublar və o dövrdən bəri ATƏT-in Minsk qrupunun himayəsində və Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ ki uğursuz sülh danışıqları davam etdirilir.

BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi işğal olunmuş Dağlıq Qarabağ və ona sərhəd rayonların azad edilməsi barədə dörd qətnamə Ermənistan tərəfindən bu günədək icra olunmayıb.

Reakisya.az

Şərhlər