Turan Araşdırma Mərkəzi yaradıldı
29.01.2018 18:03 Sosreaksiya 1296
ONN media bildirir ki, "Turan Araşdırma Mərkəzi" (TAM) ictimai birliyi Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi tərəfindən Dövlət qeydiyyatına alınmışdır.
"Turan Araşdırma Mərkəzi" (TAM) İB-nin sədri filoloq-tarixçi, türkoloq, professor Əjdər İsmayılov bildirib ki, TAM-ın fəaliyyətinin əsas məqsədi türk dilli xalqların zəngin mədəniyyətini və qədim tarixini təbliğ etmək və türkdilli xalqlar arasında mədəni əlaqələrin inkişaf etdirilməsinə kömək etməkdən ibarətdir.
Birlik məqsədlərinə çatmaq üçün türkdilli xalqların tarixini, mədəniyyətini, folklorunu və adət-ənənələrini təbliğ etmək, tarixi apaşdırmaların aparılmasına dəstək vermək, Azərbaycan xalqının milli-mənəvi və tarixi dəyərlərinin qorunması sahəsində maarifləndirmə işi aparmaq, türkdilli xalqlar arasında həmrəyliyin və tarixi əlaqələrin gücləndirilməsinə yardım etməkdir.
Bu baxımdan elmi araşdırmalar aparmaq, müxtəlif kurslar və seminarlar, dəyirmi masa və görüşlər, sərgilər təşkil etmək, habelə ölkədə və xarici dövlətlərdə fəaliyyət göstərən müxtəlif qeyri-hökümət təşkilatlarla, regional və beynəlxalq qurumlarla əlaqə qurmaq və onlarla birlikdə layihələr həyata keçirmək vəzifələrini qarşıya qoymuşuq.
Şərhlər