“2 fevral Gənclər günü” münasibətilə bayram tədbiri keçirilmişdir
01.02.2018 19:45 Sosreaksiya 1403
01 fevral 2018-ci iil tarixdə Bərdə Rayon İcra Hakimiyyətinin və Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə Heydər Əliyev Mərkəzində “2 fevral Gənclər günü” münasibətilə rayon gənclərinin bayram tədbiri keçirilmişdir.
Tədbirdən öncə rayonun fəal gənclərinin bir qrupu ümummilli lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri qoyaraq onun əziz xatirəsini yad etdilər.
Tədbiri giriş sözü ilə Bərdə Rayon İcra Hakimiyyətinin istimai-siyasi və humanitar məsələlər üzrə şöbənin müdir müavini Eldəniz Səfərov açaraq rayon İcra Hakimiyyəti başçısı cənab Vidadi İsayevin təbriklərini və ən xoş arzularını gənclərə çatdırdı.O qeyd etdi ki,artıq 21 ildir ki, bu gün respublikamızın hər yerində təntənə ilə qeyd olunur. Müstəqil Azərbaycanın Gənclər Siyasəti dövlət siyasətinin mühüm tərkib hissəsidir. Respublikamızda həyatın elə bir sahəsi yoxdur ki, orada gənclərin əzəmətli səsləri eşidilməsin.
Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildi.
Bərdə rayon Gənclər və İdman İdarəsinin rəisi Anar Şahbazov gəncləri bayram münasibəti ilə təbrik edərək idarənin fəaliyyəti barədə geniş və ətraflı məruzə etdi.O, məruzəsində gənc nəslin sağlam vətənpərvər ruhda böyüməsinin hər bir ölkə,hər bir dövlət üçün ən başlıca məsələ olduğunu,Gənclər Siyasətinin banisi ulu öndər Heydər Əliyevin daima bu məsələni öz diqqətində saxladığını və bununla bağlı imzaladığı Fərman və Sərəncamlardan, bu siyasətin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənabları tərəfindən uğurla həyata keçirilməsindən, ölkəmizdə gedən ictimai-siyasi proseslərdə gənclərin rolunun əhəmiyyətindən, 2017-ci ildə gənclər və idman sahəsində əldə edilən nailiyyətlərdən və 2018-ci ildə qarşıda duran mühüm vəzifələrdən danışdı. Məruzədə qeyd olundu ki, dövlət gənclər siyasətinin uğurla həyata keçirilməsi, onlara qayğı və diqqətin müntəzəm artırılması həyatımızın bütün sahələrində özünü göstərir. Gənclərimiz də öz növbəsində ölkə başçısının onlara olan etimadlarını doğruldurlar.
Bərdə Dövlət İdarəetmə və Texnologiya kollecinin II kurs tələbəsi, akademik Həsən Əliyev adına “Yaşıl Dünya” klubunun sədri Pərvin Əhmədova,YAP Bərdə rayon təşkilatı Gənclər Birliyinin sədr müavini Fuad Ağayev,Bərdə Uşaq Gənclər-Şahmat məktəbinin futbol üzrə məşqçi-müəllimi Cabbar Hacıyev çıxış edərək gənclərin rayonun ictimai-siyasi, iqtisadi və mədəni həyatında fəal iştirakından, sosial problemlərinin həlli və hüquqlarının müdafiəsinin təmin edilməsindən, gənc istedadlara dövlət qayğısının artırılmasından, elm, təhsil, iqtisadiyyat, mədəniyyət, dövlət idarəçiliyi və digər sahələrdə gənclərin irəli çəkilməsindən və xidmətlərinin qiymətləndirilməsi istiqamətində ardıcıl tədbirlər görülməsindən və məhz bu görülən işlərin nəticəsində gənclərimizin dünyaya inteqrasiya etmələrindən, gənclər və idman sahəsində əldə edilən nailiyyətlərdən danışdılar.
Çıxışlardan sonra “2 Fevral- Gənclər Günü” münasibətilə Bərdə rayon Gənclər və İdman İdarəsinin təşkiatçılığı ilə keçirilən rayon məktəblərinin yeniyetmələrdən ibarət komandaları arasında “Nə?Harada?Nə vaxt?” İntellektual Oyununun rayon çempionatının qalibləri və “Dövlət Gənclər siyasətinin” həyata keçiriləsində fəallığına görə fərqlənənlər Gənclər və İdman idarəsinin müvafiq dərəcəli diplomları,Fəxri Fərmanları və xatirə hədiyyələri ilə mükafatlandırıldılar.
Tədbirin rəsmi hissəsindən sonra N.Nərimanov adına şəhər 3№li tam orta məktəbin şagirdlərinin hazırladıqları musiqili ədəbi-bədii kompozisiya gənclərə təqdim olundu.
Bayram tədbirinə Bərdə Rayon İcra Hakimiyyətinin istimai-siyasi və humanitar məsələlər üzrə şöbənin müdir müavini Eldəniz Səfərov yekun vurdu.
Şərhlər