2 fevral – Gənclər Günü münasibətilə silsilə tədbirlər keçirilib

02.02.2018 11:46     Sosreaksiya     1605

Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənovun təsdiq etdiyi plana əsasən 2 fevral – Gənclər Günü ilə əlaqədar Əlahiddə Ümumqoşun Ordu, Hərbi Hava Qüvvələri və Hərbi Dəniz Qüvvələrində, birlik, birləşmə, hərbi hissə və xüsusi təyinatlı hərbi təhsil müəssisələrində, mərkəzi və qarnizon zabitlər evlərində silsilə bayram tədbirləri keçirilib.
Reaksiya.az bildirir ki, çıxış edənlər Gənclər Gününün təntənəli surətdə qeyd olunmasının ulu öndər Heydər Əliyevin adı ilə bağlı olduğunu, ümummilli liderin ikinci dəfə hakimiyyətə qayıdışından sonra Azərbaycanda dövlət gənclər siyasətinin əsasının qoyulduğunu vurğulayıblar.
Qeyd olunub ki, Ulu Öndərin prezidentliyi dövründə ölkə gəncləri onun diqqət və qayğısını daim hiss ediblər. Əsası Ümummilli Lider tərəfindən qoyulan dövlət gənclər siyasətinin nəticəsidir ki, bu gün ölkəmizdə idarəetmə bacarığı ilə seçilən intellektual, dünyagörüşlü yeni nəsil yetişib. Bu gün gənclər siyasəti Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir.
Bayram tədbirlərində yerli icra hakimiyyəti orqanları, dövlət və qeyri-hökumət təşkilatları, veteranlar, ictimaiyyət nümayəndələrinin iştirakı ilə şəxsi heyətlə görüşlər, mədəni-kütləvi, vətənpərvərlik və idman tədbirləri keçirilib.
Tədbirlərdə Həzi Aslanov adına Mərkəzi Zabitlər Evinin və rayon mədəniyyət şöbələrinin yaradıcı kollektivləri şəxsi heyət qarşısında maraqlı konsert proqramları ilə çıxış ediblər.
 

 

Şərhlər

Çox oxunanlar