Bakı-Tiflis-Qars-Ərzurum qaz boru xəttində - Partlayış

04.08.2015 10:13     Sosreaksiya     4414

Bakı-Tiflis-Qars-Ərzurum qaz boru kəmərində böyük bir partlama meydana gəlib.

Reaksiya.az xəbər verir ki, 20 km uzaqdan eşidilən partlayışdan sonra regiondakı qaz axını kəsilib.

Məlumata görə, Qars valisi Günay Özdəmir partlayışın olduğunu təsdiq edib və bildirib ki, bu olayla bağlı araşdırmalar davam edəcək.

Özdəmir Anadolu agnetliyinin müxbirinə verdiyi açıqlamada deyib ki, hadisə Sarıkamış rayonu ərazisində qeydə alınıb.

Partlayışdan sonra borudan çıxan qazın səsi təxminən 20 kilometr məsafədə eşidilib.

Şərhlər

Çox oxunanlar