Azərbaycanda cinayət törətməkdə şübhəli bilinən 33 nəfər saxlanılıb

06.02.2018 11:41     Sosreaksiya     1142

Respublikanın daxili işlər orqanları tərəfindən gün ərzində 84 cinayət faktı qeydə alınıb, onların da 16-sı “isti izlər”lə açılıb.

DİN-in mətbuat xidmətindən verilən məlumata əsasən, axtarışda olduğuna görə 17 nəfər saxlanılaraq aidiyyatı üzrə təhvil verilib.

Respublikanın avtomobil yollarında 3 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 2 nəfər ölüb, 1 nəfər xəsarət alıb.

Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 7 fakt müəyyən edilib.

Cinayət törətməkdə şübhəli bilinən 33 nəfər saxlanılıb.

Reaksiya.az

Şərhlər