Hacı İbrahim Nehrəmli tutulmayıb - Rəsmi

04.08.2015 10:49     Sosreaksiya     1085

Xəbər verildiyi kimi, “Khazar İslands” layihəsinin müəllifi Hacı İbrahim Nehrəmli Beynəlxalq Banka olan kredit borcu olduğu üçün yenidən Daxili İşlər Nazirliyi Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə Baş İdarəsinə (“Bandotdel”) aparılıb.

Reaksiya.az xəbər verir ki, informasiyanı dəqiqləşdirmək üçün “Khazar İslands” layihəsində çalışan məsul şəxslərdən biri ilə əlaqə saxladıq. O, informasiyanın yalan olduğunu,  Hacı İbrahim Nehrəmlinin iş yerinə gəldiyini təsdiqlədi.

Qeyd edək ki,  Hacı İbrahim Beynəlxalq Banka olan kredit borclarını ödəmədiyi üçün mayın 13-də də “Bandotdel” əməkdaşları tərəfindən saxlanmışdı. Onun banka 57 milyon dollar borcu var. Hacı İbrahim bank qarşısındakı öhdəliklərini yerinə yetirməyi vəd edəndən sonra mayın 27-də sərbəst buraxılmışdı.

Əldə edilən informasiyaya görə onun Beynəlxalq Banka, ümumilikdə 450 milyon manat kredit borcu var.

Şərhlər

Çox oxunanlar