Üçmərtəbəli bina çökdü - Hindistanda
04.08.2015 11:32 Sosreaksiya 2234

Hindistanda üçmərtəbəli binanın çökməsi nəticəsində azı 11 nəfər həlak olub.
Reaksiya.az xəbər verir ki, hadisə bu gecə yerli vaxtla saat 02.00 radələrində Maxaraştra ştatının Txane şəhərində qeydə alınıb.
Dağıntılar arasından 7 nəfəri xilas etmək mümkün olub, bir nəfər isə yaralıdır. Daha bir neçə nəfərin uçqun altında sağ qaldığı ehtimal edilir.
Binanın ən azı 50 yaşı var, iki il əvvəl hökumət bu binada yaşamağın təhlükəli olduğunu bildirib. Bu, Mumbay ərazisində son bir həftə ərzində ikinci belə hadisədir.
İyulun 28-də dördmərtəbəli binanın uçması nəticəsində 6 nəfər həlak olmuşdu.
Şərhlər