"ŞAHBAZ VƏ DİLQƏMLƏ BAĞLI HEÇ NƏTİCƏ YOXDUR" - GİROVUN QARDAŞI GİLEYLƏNİR

07.02.2018 14:15     Sosreaksiya     1337

"Qardaşımdan heç bir məlumat yoxdur”.
 
Bu barədə "Sherg.az”a Kəlbəcərdə yaxınlarının məzarını ziyarət edərkən erməni separatçıları tərəfindən girov götürülən Şahbaz Quliyevin qardaşı İlham Quliyev bildirib. 
 
O qeyd edib ki, bir neçə gün əvvəl Ş.Quliyevə məktub yazıb, göndəriblər:
 
"Görünür, Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) əməkdaşları Şahbaz və Dilqəmə baş çəkəcəklər. Ona görə, bizdən məktub apardılar. Məktubumuzun cavabını gözləyirik”.
 
İ.Quliyev onu da əlavə edib ki, girovlarla bağlı heç bir dövlət orqanına müraciət edilməyib:
 
"Əslində, hər kəs məsələni bilir. Müraciət etməyimizə ehtiyac da yoxdur. Beynəlxalq təşkilatlarda, konfranslarda məsələ qaldırılsa da, ortada nəticə yoxdur. İstənilən halda, qardaşımın azad olunmasını gözləyirik”.
 
Qeyd edək ki, 2014-cü il iyulun 10-da Dilqəm Əsgərov və Şahbaz Quliyev Azərbaycanın işğal altında olan Kəlbəcər torpaqlarında Ermənistan silahlı qüvvələri tərəfindən girov götürülüb. Kəlbəcərə yaxınlarının məzarını ziyarətə gedən kəlbəcərli girovlarla bağlı həmin ilin dekabr ayında qondarma məhkəmə prosesi keçirilib. Separatçı rejimin qərarı ilə qurulan oyuncaq məhkəmə D.Əsgərovu ömürlük, Ş.Quliyevi isə 22 il müddətinə "azadlıqdan məhrum” edib. Girovların azad edilməsi ilə bağlı bir çox addımlar atılsa da, onları azad etmək hələ mümkün olmayıb. Hazırda onlarla əlaqə yalnız Beynəlxalq Qızıl Xaç Komitəsinin nümayəndələri vasitəsilə saxlanılır.
 

Şərhlər

Çox oxunanlar