Bu ölkəni böyük təhlükə gözləyir

04.08.2015 14:25     Sosreaksiya     884

Qırğızıstan Fövqəladə Hallar Nazirliyi (FHN) bu ilin ikinci yarısında respublika ərazisində intensivliyi 9 bala kimi qiymətləndirilən zəlzələ təhlükəsi barədə xəbərdarlıq edib.

Reaksiya.az xəbər verir ki, bu barədə proqnoz Qırğızıstan FHN-in rəsmi saytında yerləşdirilib.

Qırğızıstan Milli Elmlər Akademiyası Seysmologiya İnstitutunun proqnozuna əsasən, Tacikistan və Çin ilə sərhəd ərazilər - Batkent və Oş vilayətləri ən təhlükəli zonalardır.

Zəlzələnin baş vermə ehtimalına görə ikinci yerdə şimali Tyan-Şan, xüsusilə də İssık-Kul vilayəti gəlir.

Qırğızıstan FHN, həmçinin avqust ayında respublika ərazisində havanın kəskin dəyişməsi ilə əlaqədar təbii ekzogen proseslərin aktivləşməsinin gözlənilməsi barədə xəbərdarlıq edib.

Şərhlər

Çox oxunanlar