Dünyada hücuma məruz qalmış hər dördüncü mobil qurğu istifadəçisi zərərli porno məzmunla qarşılaşıb
09.02.2018 16:03 Sosreaksiya 2244
Ötən il ərzində müxtəlif zərərvericilərlə qarşılaşan mobil qurğu istifadəçilərinin 25%-i* “böyüklər üçün” məzmununda cürbəcür hallarda maskalanan zərərverici proqramlar tərəfindən hücuma məruz qalıb. Reaksiya.az- ın xəbərinə görə, ümumiyyətlə, analoji təhlükə 1,2 mln insanı əhatə edib. Bu cür nəticəyə porno saytların və əlavələrin ziyarətçiləri üçün kibertəhlükələri təhlil edən “Kaspersky Lab” şirkətinin ekspertləri gəlib.
Ümumi hüsabla analitiklər öz real funksiyalarının “böyüklər üçün” məzmunun arxasında gizlədən 23 zərərli proqram aşkarlayıblar. Zərərli porno əlavələri qarşılaşan istifadəçi, demək olar ki, hadisələrin yarısında (46%) kliker adlanan proqramı əldə etmək riskinə məruz qalır. Bu proqram reklam səhifələrini “klikləyərək” və ya WAP-səhifəsinə abunə etdirərək mobil hesabdan pul çıxarır. Yayılma dərəcəsinə görə ikinci yerdə bank troyanları qərarlaşıb ki, onlarla hücumlara məruz qalanların 24%-i rastlaşıb. Fırıldaqçıların payına yoluxmaların nisbətən az faizi (6,5%) düşür, lakin onların qurğuya daxil olması əksər hallarda istifadəçini hədələməklə müşayiət olunur.
Məsələn, zərərli proqram qeyri-qanuni məzmunun (əksər hallarda uşaq pornoqrafiyası) aşkarlanması barədə bildirişi göstərərək ekranı bloklayır – bu fırıldaq hesabına cinayətkarlar istifadəçiləri pul ödəməyə məcbur etməyə çalışırlar. “Demək olmaz ki, porno məzmunlu zərərli mobil əlavələr digər bənzər proqramlardan bir o qədər də fərqlənir, lakin müəyyən nüanslar mövcuddur. Onlardan ən vacibi – bu cür zərərli proqramın qurbanı cinayətkarlar üçün olduqca “əlverişlidir”. Belə ki, zərərçəkmişlərdən çətin kimsə onun hansı pornosaytlara daxil olduğunu bildirmək istəsin. Deməli, cinayətkarlar bu cür istifadəçilərdən asanlıqla pul qazana bilirlər. Məhz bu səbəbdən “böyüklər üçün” əlavələr altında gizlənən zərərverici hücumların sayı bu qədər çoxdur. Digər tərəfdən, bu fakt daha bir təmayülü əks etdirir: insanlar mobil platformalara və mobil məzmuna daha fəal keçirlər”, - deyə “Kaspersky Lab”ın antivirus eksperti Roman Unuçek bildirib.
Porno məzmun arxasında gizlənən zərərli proqramlardan baza təhlükəsizlik qaydalarına riayət edərək xilas olmaq mümkündür: yalnız sınanmış saytlara daxil olmaq, vobil əlavələri qeyri-rəsmi mənbələrdən yükləmək (cəlbedici görsənsə belə), pornosaytlardan sındırılmış akkauntlar əldə etmək və etibarlı təhlükəsizlik həllindən istifadə etmək. “Böyüklər üçün” məzmunlu saytlarda hansı təhlükələrlə qarşılaşmaq mümkün olması barədə daha ətraflı məlumatı “Kaspersky Lab”ın analitik hesabatında oxuyun: https://www.kaspersky.com/
Gülnaz Qənbərli
Şərhlər