Ukraynanın şərqində toqquşma: 3 ölü

04.08.2015 17:10     Sosreaksiya     1276

Ukraynanın şərqində ordu qüvvələri ilə separatçılar arasında atəşkəs yenidən pozulub. Toqquşmalarda 3 ukraynalı əsgər öldürülüb.

Reaksiya.az xəbər verir ki, Prezident Administrasiyasının Terrorla Mübarizə Əməliyyatının Sədri Aleksandr Motuzyanik bu barədə bəyanat verib.  O, bildirib ki, son 24 saatda Donetsk və Luqansk şəhərlərində atəşkəsin pozulması nəticəsində qarşıdurma yaranıb.

Motuzyanik toqquşmalarda 3 ukraynalı əsgəri həyatını itirdiyini, 7 əsgərin isə yaralandığını deyib. Dünən baş verən qarşıdurmalarda da 4 Ukrayna hərbiçisi həyatını itirmiş, 15 əsgər isə yaralanmışdı.

Qeyd edək ki, Rusiya və Ukrayna arasında 2014-cü ilin aprelindən başlayan münaqişələrdə ümumilikdə 6 min 400-dən çox insan həyatını itirib. Fevralın 12-də tərəflər arasında Minskdə atəşkəs müqaviləsi imzalansa da, bəzi bölgələrdə qarşıdurmalar hələ də davam edir.

Şərhlər

Çox oxunanlar