Oyunda və həyatda istifadə edilə biləcək şahmat qaydaları
12.02.2018 14:33 Sosreaksiya 1495
Şahmat beyni məşq və inkişaf etdirməyə imkan verən meditativ prosesdir. İstənilən oyun kimi şahmatının da özünün yazılmamış qaydaları var, hansı ki, onlar oyunçuya qalib olmağa kömək edir.
Çoxsaylı variantlar
İstənilən halda hadisələrin çoxlu sayda müxtəlif həlli yolları və inkişaf variantları var. Əgər qələbə istəyirsinizsə, onda gərək onlardan ən azı bir neçəsini nəzərə alasınız. Bir qayda olaraq sizə görə ən uyğun olan variant 99% baş vermir, 50% hallarda olur.
Səbir
Səbrin axırı xeyir olar. Odur ki, düşünülməmiş hərəkət və gedişlər etməyin, uğur qazanmaq istəyirsinizsə, gözləməyi bacarın. Qədim Çin atalar sözlərində deyildiyi kimi: "Əgər kimsə səninlə pis rəftar edibsə, qisas almağa çalışma, çayın kənarında otur və onda tezliklə görəcəksən ki, düşmənin meyiti suyun üzündə üzür".
Kənardan baxış - Empatiya
Əgər siz özünüzü rəqibin yerinə qoysanız və sxem üzrə onun növbəti gedişlərini təxmin etsəniz, onda qarşı tərəfə səmərəli müqavimət göstərməyin yollarını biləcəksiniz. Əgər başınız sadəcə öz gedişlərinizə qarışsa, axırda ölümcül zərbə alacaqsınız.
Qazanan düşüncə
Müsbət düşünün, yalnız qələbəyə köklənin və boş gedişlərə yol verməyin. Qoy sizin gedişləriniz səhvlərə gətirib çıxarsın, lakin onların hamısı nəticəyə hədəflənməlidir. Boş vaxt itkisinə yalnız bir halda bəraət qazandırıla bilər: Əgər bu da hiyləgər planınıza daxildirsə.
Minnətdarlıq
Mahir gedişlərə görə rəqibinizə təşəkkür edin və oyundan zövq aldğınızı gizlətməyin, onda cavab olaraq eyni münasibəti alacaqsınız. Qürurunuzun müdrikliyinizin qarşısını kəsməsinə imkan verməyin.
Uduzmaq bacarığı
Bir oyunu uduzmaq bütün həyatınızı uduzduğunuz demək deyil. Siz sadəcə əvvəlki səhvləri nəzərə alaraq yeni bir oyuna başlayacaq və qalib gələcəksiniz. Güclü olan deyil, sona qədər gedən qalib gəlir. Buna bir qədər fəlsəfi yanaşın.
Zövq
Oyunun dadını çıxarın, çünki məhz hədəfə irəliləmək prosesi böyük zövq verir. Oyun sizə yeni təcrübələr, yeni bacarıqlar, yeni sevinclər və yeni kədərlər gətirəcək.
Qələbə sevincli an olsa da, çox qısadır. Odur ki, həyatın mənasını qısamüddətli zəfərlərdə görməyə dəyməz, bu, sağlam düşüncə deyil.
Reaksiya.az
Şərhlər