Bura Rusiyadır: - Çoxluq internetdə senzuranın olmağını istəyir
04.08.2015 23:02 Sosreaksiya 2043

Rusiyada aparılan bir araşdırmaya görə xalqın böyük əksəriyyəti vacib vəziyyətlərdə hökumətin internetdə senzura tətbiq etməsini dəstəkləyir. Rusiya Strateji Araşdırmalar Mərkəzi VTsİOM-un
sorğusunda iştirak edənlərin 58%-i “ Bəzi vəziyyətlərdə hökumətin interneti qadağan etməsini dəstəkləyirəm” cavabını verib.
Sorğu iştirakçılarının 48 %-i “milli təhlükəsizlik” məsələlərində internet saytlarının izlənməsinin məcburiliyini dəstəklədiyini bildirib.
İştirakçıların 42 %-i isə “ hökumət heç bir halda internetə senzura tətbiq edə bilməz “ deyib.
Araşdırmaya görə Rusiyada əhalinin 42 %-i daimi internet istifadəçisidir. Əhalinin 38%-i isə ümumiyyətlə internetdən istifadə etmir.
Şərhlər