MEK-də 14 fevral “Beynəlxalq kitab bağışlama günü” münasibətilə aksiya keçirilib

15.02.2018 11:46     Sosreaksiya     1952

MEK-də 14 fevral “Beynəlxalq kitab bağışlama günü” münasibətilə aksiya keçirilib 

 AMEA Mərkəzi Elmi Kitabxanasında (MEK) 14 fevral “Beynəlxalq kitab bağışlama günü” münasibətilə aksiya keçirilib. Gununsesi.info aksiya çərçivəsində MEK əməkdaşlarının uşaqlarına 200, Təhsil Nazirliyi Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzinə 200, Bakı şəhəri 1 N-li internat məktəbinə 201, “Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyinə 204 sayda kitablar bağışlanıb.

Aksiya iştirakçılarına Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin “Dünya ədəbiyyatının görkəmli nümayəndələrinin əsərlərinin Azərbaycan dilində nəşr edilməsi haqqında” 2007-ci il 24 avqust tarixli sərəncamı ilə nəşr edilən nəfis tərtibatlı ədəbiyyat nümunələri bağışlanıb. MEK-in Kitabxana-xidmət şöbəsinin müdiri Aygün Səfərova bağışlanan hər bir kitaba kitabxana adından imza atıb. Aksiyanın təşkilində məqsəd gənc nəsilə kitab oxumaq vərdişini aşılamaq, kiçik yaşlı oxucuların kitaba olan marağını təmin etmək, bir sözlə onlarda ədəbiyyata maraq oyatmaq, vətənpərvərlik, cəsurluq, ləyaqət və bu kimi ülvi hissləri təbliğ etməkdir.

Qeyd edək ki, “Beynəlxalq kitab bağışlama günü” 2011-ci ildə Amerikanın Minessota əyalətində yaşayan 6 yaşındakı Jack Broadmoore tərəfindən bir ideya olaraq irəli sürülüb. O, dostlarını və ailə üzvlərini bir-biriləri ilə kitab dəyişdirməyə məcbur edib. 2013-cü ildə Cənubi Afrikadan Braziliyaya, Sinqapurdan İngiltərəyə, Hindistandan Yeni Zellandiyayaya qədər çox fərqli ölkələrdən blogerlər birlikdə hərəkət edərək insanları, o günü "Uşaqlara kitab bağışlama günü" olaraq qeyd etməyə çağırıb. Həmin gündən dünyanın bir çox ölkəsində 14 fevral "Beynəlxalq kitab bağışlama günü" olaraq qeyd olunur.
Gülnaz Qənbərli

Reaksiya.az

Şərhlər

Çox oxunanlar