"Uşaq zorakılığına yox deyək!"
15.02.2018 11:50 Sosreaksiya 1500
"Uşaq zorakılığına yox deyək!"
Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin 3-cü kurs tələbəsi Fərid İsmayılov yanvarın 1-dən etibarən Azərbaycanda uşaq zorakılığına qarşı kompaniyaya başlayıb. Belə ki, tələbənin əsas məqsədi respublikanın 7 rayon və şəhərində maarifləndirmə işləri aparmaqdır. Reaksiya.az - ın xəbərinə görə, F.İsmayılovun uşaq zorakılığına qarşı aksiyasını Tələbə Layihələr Departamentinin rəhbəri “Yeni Nəsil Maarifçilər Klubu" müsbət qarşılayaraq, ona maddi dəstək ayırıb. Həmçinin F.İsmayılovun layihəsindən xəbər tutan ADNSU-nun Xarici dillər kafedrasının müəlliməsi də tələbəsinin layihəsinə xeyli miqdarda maddi dəstək ayırıb. Layihənin icrasında isə “Gənc Tağıyevçilər Cəmiyyəti” öz dəstəyini əsirgəməyib.
Aksiyanı Abşeron- Bakı-İsmayıllı-Qəbələ-Oğuz-
Qeyd edək ki, Fərid İsmayılov 2016-cı ildən etibarən Azərbaycanda uşaq istismarı və zorakılığı ilə bağlı onlarla layihənin müəllifi və rəhbəridir.
Gülnaz Qənbərli
Şərhlər