Müdafiə Nazirliyi və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi hərbi hissələrdə birgə tədbirlər keçirib

24.02.2018 17:44     Sosreaksiya     1489

Müdafiə Nazirliyi ilə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin 2018-ci il üçün birgə fəaliyyət planına əsasən hərbi birliklər və qoşun növlərində tədbirlər keçirilib.
Görüşlərdə çıxış edənlər milli-mənəvi dəyərlərimizin qorunmasında dövlətimiz tərəfindən görülən tədbirləri, gənclərimizin hərbi-vətənpərvərlik ruhunda tərbiyə olunmasında dinin rolunu, radikalizmi doğuran səbəblər və onunla mübarizə üsullarını qeyd edib, bu istiqamətdə aparılan maarifləndirmə işinin xüsusiyyətlərini şəxsi heyətin diqqətinə çatdırıblar.
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sifarişi ilə hazırlanan “Şəhadət” sənədli filminə kütləvi baxışdan sonra hərbi qulluqçular filmdə qaldırılan məsələləri müzakirə edərək fikir və təkliflərini səsləndiriblər.

 

Şərhlər

Çox oxunanlar