Təhsil müəssisələri Xocalı abidəsini ziyarət ediblər - FOTOLAR

26.02.2018 17:34     Sosreaksiya     1194

Reaksiya.az xəbər verir ki, bu gün bütün müəssisələr kimi  Texniki Universitetin nəzdində Bakı Dövlət Rabitə və Nəqliyyat Kollecinin pedoqoji və tələbə heyəti də Bakı şəhərində Xocalı abidəsini ziyarət ediblər. Ziyarət zamanı direktor Bəxtiyar Bəxtiyarov tələbə və müəllim heyətinin qarşısında çıxış edərək, indiki gənclərin informasiya müharibəsində Xocalı faciəsinin dünya ictimaiyyətinin diqqətinə daha ciddi çatdırılması istiqamətində üzərinə böyük yük düşdüyünü qeyd edib. Abidənin önündə sayğı duruşunda durduqdan sonra heyət abidəyə əklillər qoyublar.

Qeyd edək ki, digər təhsil müəssisələri də gün ərzində Bakının Xətai rayonu ərazisində Xocalıya həsr olunmuş, ‘’Ana fəryadı’’ abidəsini ziyarət ediblər.

Sədayə Elxanqızı

Reaksiya.az

Şərhlər