Qarabağda müharibə ehtimalı

27.02.2018 15:16     Sosreaksiya     1363

Ermənistan və Azərbaycan arasında silahlı konfliktin yenilənməsi təhlükəsi artır

Bunu ABŞ-ın Azərbaycandakı keçmiş səfiri Riçard Kozlariç "Jamanak” qəzetinin müxbirinə açıqlamasında deyib.

Onun sözlərinə görə, Dağlıq Qarabağda yeni müharibə Azərbaycan, Ermənistan və Rusiyada keçirilən seçkilərdən sonra baş verə bilər.

“Azərbaycan, Rusiya və Ermənistanda seçkilər başa çatdıqdan və hakimiyyətin yenidən təşkilinin tamamlanmasından sonra Qarabağ münaqişəsinin danışıqlar yolu ilə nizama salınması üçün imkan yarana və ya əksinə, hərbi əməliyyatlar yenilənə bilər”, - ABŞ-ın keçmiş səfiri qeyd edib.(axar)

Reaksiya.az

Şərhlər

Çox oxunanlar