Türkiyənin Uşak Universitetində Xocalı soyqırımı qurbanları anılıb
27.02.2018 16:03 Sosreaksiya 1411
Türkiyənin Uşak Universitetində Türkiyə-Azərbaycan Dərnəkləri Federasiyasının (TADEF) Uşak şəhər təmsilçiliyinin azərbaycanlı tələbələrinin təşkilatçılığı və İNDEX-Azərbaycan insan kapitalı və inkişaf mərkəzinin dəstəyi ilə Xocalı soyqırımının 26-cı ildönümü ilə bağlı anım mərasimi keçirilib.
Diasporla İş üzrə Dövlət Komitəsindən İnform.az-a verilən məlumata görə, tədbirdə universitetin müəllimləri, müxtəlif ölkələrdən olan tələbələr, Azərbaycan icmasının nümayəndələri, yerli ictimaiyyətin təmsilçiləri iştirak edib.
Tədbirə açılış nitqi ilə başlayan Uşak Universitetinin azərbaycanlı tələbəsi, TADEF-in Uşak şəhər təmsilçisi Ramin SeyidovQarabağda, o cümlədən Xocalıda, Afrində həlak olan bütün şəhidləri yad edərək 26 il əvvəl Xocalıda törədilmiş vəhşiliklərdən və soyqırımından bəhs edib.
Universitetin Yeni Türkiyə,Uni Aktiv və Afrika klublarının sədrləri çıxış edərək Xocalı faciəsindən danışıb. Erməni hərbi birləşmələrinin Xocalıda törətdiyi cinayətləri barədə ilk dəfə burada eşitdiyini deyən afrikalı təmsilçi belə tədbirlərin Azərbaycan həqiqətlərinin təbliği baxımından əhəmiyyətini vurğulayıb.
Daha sonra azərbaycanlı tələbələrin panel çıxışları ilə davam edən müzakirələrdə Həsən Qarayev, Günay Quliyeva, Orxan Əkbərli ermənilərin Xocalıda törədiyi cinayətlərdən geniş bəhs ediblər. Onların tarix boyu bəzi ölkələrdə çoxsaylı cinayətlər törətdiyi iştirakçıların diqqətinə çatdırılıb.
Müzakirələrin sonunda xarici tələbələrin sualları cavablandırılıb. Müxtəlif ölkələrdən olan gənclər Azərbaycanın dünayda haqlı mövqeyindən danışaraq bu məsələdə hər zaman Uşakda yaşayan və təhsil alan azərbaycanlıların yanında olduqlarını ifadə ediblər.
Şərhlər