“Mastercard” küsülüləri barışdırdı

28.02.2018 11:13     Sosreaksiya     1363

Qlobal ödəniş texnologiyaları təchizatçısı olan “Mastercard” şirkəti yeni kampaniyası və “BRIT Awards” ilə sponsorluğu çərçivəsində musiqi vasitəsilə insanların qovuşması üçün nəzərdə tutulan “The Listening Room” adlı unikal bir mühit yaradıb.  Reaksiya.az-ın xəbərinə görə, “Qiymətsiz bir şeyə başla” şüarı altında keçirilən kampaniya insanları arzularının ardınca getməyə və gözəl anları xoş xatirələrə çevirməyə çağırır. 

“Mastercard” kampaniyada iştirak üçün münasibətləri pozulan insanları cəlb edib və onları bir otaqda üz-üzə otuzdurub, hərçənd, iştirakçılardan bəziləri bir-biri ilə uzun illər ərzində görüşmürdülər və danışmırdılar. Xüsusi musiqi kompozisiyası qulaqcıqlarda səslənən zaman insanlar sadəcə bir-birlərinə baxırdılar. Üçdəqiqəli emosional musiqi iştirakçılar arasında yaranan divarı sındıra bildi və onların danışığına başlanğıc qoydu. Qremmi mükafatına layiq görülmüş britaniyalı musiqi prodüseri Devid Arnold həmin üçdəqiqəli müsiqi parçasının müəllifi olaraq, dünyada ən emosional musiqi əsərlərindən birini təqdim edib.

 «"The Listening Room” musiqinin bizə toxunmaq, bizi ruhlandırmaq və ən başlıcası bizi birləşdirmək və lazım olan anlarda aramızda söhbətə başlamaq qabiliyyətini göstərir. Biz həqiqətən qiymətsiz bir şeyə başlamaq və aralarında ünsiyyət dayanmış insanlara ikinci şans vermək qərarına gəldik. Biz “The BRIT” sponsorluğunun 20 ilini qeyd edirik və bu, musiqinin bizə təsirindən danışmaq üçün ən yaxşı üsuldur», - deyə “Mastercard” şirkətinin Böyük Britaniya və İrlandiya üzrə Marketinq və kommunikasiyalar şöbəsinin rəhbəri Nikola Qrant bildirib.

 “Musiqi əla bir stimuldur. Əgər siz həyatınızda nə isə dəyışmək istəyirsinizsə, heç təsəvvür edə bilməzsiz ki, musıqi sizə necə yardım edə bilər. Bir bəstəkar kimi mənim üçün musiqinin şəxsi bir şey olması vacibdir. Musiqi həmin notu, aləti və ya melodiyanı eşitdikdə insanların nə hiss etdiklərini əks etdirməlidir. “Mastercard” məni insanlar arasında münasibətlərin bərpa olunmasına təkan verən xüsusi musiqi əsərini yaratmağı xahiş etdi. Mən çətin, qeyri-adi və nadir tapşırıqları sevirəm, və bu da məhz belə tapşırıqlardan oldu”, - deyə Devid Arnold qeyd edib.

 “Nordoff-Robbins” Musiqi Terapiya Mərkəzi həssas və problemli insanların həyatında bir dəyişiklik etməyə çağırış edən və Böyük Britaniyada yerləşən ən böyük müstəqil xeyriyyə təşkilatıdır. Sözügedən mərkəz münasibətləri pozulan cütləri qovuşduran musiqinin yaradılmasında Devid Arnolda kömək göstərib. Bu mərkəzin ixtisaslı terapevt qrupu insanlar ilə işləyir və onlara musiqi vasitəsilə istənməyən hisslərlə mübarizə aparmağa kömək edir. Çoxları üçün musiqi sadəcə bir zövqdür, amma bəziləri üçün sosial təcrid və ya xəstəlik, əlillik və travma ilə əlaqədar məhdudiyyətləri aradan qaldırmaq üçün mübarizə üsuludur.

 "Musiqi gücü inanılmaz ola bilər. O, bizə fiziki olaraq təsir göstərir və bizim hisslərimizlə bağlıdır, çünki insanlara müəyyən yerləri xatırlatmaq və ya onları birləşdirmək gücünə malikdir. Bu bizim özümüzü, əslimizi və nə cür qəbul olmaq istəyimizi dərk etməsi ilə bağlıdır.

 “Qiymətsiz bir şeyə başla” kampaniyası çərçivəsində “Mastercard” həmçinin hər kəsə sadəcə “Twitter”də istifadəçi adını daxil etməklə "Həyatının saundtreki”ni dinləmək imkanı verən ilk dünya konsepsiyasını yaradıb.

İnnovativ texnologiya istifadəçilərə “Twitter” istifadəçi adını https://uk.mastercard.com/socialsong linki vasitəsilə daxil etməyə imkan verir. “Mastercard” istifadəçi tərəfindən il ərzində yayımlanan şəkillər, açar sözlər və smayllardan istifadə edərək fərdiləşdirilmiş saundtrek yaratmaq üçün onları bir sıra unikal bitlərə çevirir.

 Layihə çərçivəsində yaradılan video-çarx: 

https://www.youtube.com/watch?time_continue=188&v=q0d4QXx5PGw 

Gülnaz Qənbərli

Reaksiya.az

Şərhlər

Çox oxunanlar