Naxçıvandakı Haça dağına Xocalı yürüşü edilib

28.02.2018 11:15     Sosreaksiya     1400

1992-ci ildə Azərbaycanın Xocalı şəhərində erməni hərbi birləşmələri tərəfindən soyqırıma məruz qalmış dinc əhalinin xatirəsini anmaq məqsədilə Naxçıvandakı Haça dağına yürüş edilib. Reaksiya.az-ın  xəbərinə görə, yürüşü Türkiyə-Azərbaycan Dərnəyinin (TÜRKAZDER) İğdır şöbəsi və İskender İğdır Ağrı Dağı Alpinizm və Təbiət İdmanları Klubu birgə təşkil edib.

TÜRKAZDER-in İğdır şöbəsinin rəhbəri İlteriş Kağan Taşkınsu yürüşün insanların diqqətini Xocalı soyqırımına çəkmək məqsədilə təşkil edildiyini deyib. Azərbaycanla Türkiyə qardaşlığını xatırladan İ.K.Taşkınsu belə tədbirlərin müntəzəm olaraq təşkil edilməsinin vacibliyini deyib: “Azərbaycanla kökümüz, mədəniyyətimiz və dilimiz bir olduğu kimi sevincimiz, kədərimiz də birdir. Azərbaycanın kədərini paylaşmaq və qardaşlarımızı anmaq üçün Haça dağının zirvəsinə yürüş etdik. 26 il əvvəl Xocalıda yaşanan soyqırımda şəhid olan qardaşlarımızı hörmətlə anırıq. Biz bu haqlı davada hər zaman Azərbaycanın yanındayıq” – deyə İ.K.Taşkınsu bildirib.

Gülnaz Qənbərli

Reaksiya.az

Şərhlər

Çox oxunanlar