Haaqada Ermənistan Səfirliyi qarşısında aksiya keçirilib

28.02.2018 11:28     Sosreaksiya     1251

Azərbaycan-Türk Kültür Mərkəzinin təşkilatçılığı ilə Niderland Krallığının Haaqa şəhərində yerləşən Ermənistan Səfirliyinin qarşısında etiraz aksiyası keçirilib. Reaksiya.az-ın  xəbərinə görə, şəhər rəhbərliyi tərəfindən keçirilməsinə son anda icazə verilən aksiyada Azərbaycan, Türk və digər xalqların diaspor təmsilçiləri iştirak edib.

Əllərində Azərbaycan, Türkiyə bayraqları, Xocalı soyqırımı ilə bağlı məlumatların əks olunduğu plakatlar tutan aksiya iştirakçıları Ermənistan Səfirliyinin qarşısına toplaşaraq Ermənistanın təcavüzkar, işğalçı siyasəti, onların Xocalıda törətdiyi insanlığa sığmayan cinayətləri ilə bağlı müxtəlif şüarlar səsləndiriblər.

Aksiyaçılar eyni zamanda şəhər sakinlərini və qonaqları Xocalı soyqırımı, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi haqda məlumatlandırıblar. Mitinq Haaqada yerləşən beynəlxalq təşkilatlara və Hollandiya hökumətinə ünvanlanmış bəyanatın oxunması ilə başa çatıb.


Gülnaz Qənbərli

Reaksiya.az

Şərhlər