Millət vəkili Türk dünyası KİV-lərinə çağırış edib

28.02.2018 11:31     Sosreaksiya     1682

Qənirə Paşayeva Türkiyə telekanallarında Xocalı soyqırımından danışıb və Türk dünyası KİV-lərinə çağırış edib.

Türkiyə KİV-ləri Qarabağ, Xocalı soyqırımı həqiqətlərinin yayılmasında, qondarma erməni soyqırımı yalanlarına qarşı  mübarizədə  daha fəal olmalıdırlar. 

Bunu millət vəkili Qənirə Paşayeva Türkiyənin bir sıra televiziya kanaları TRT, TRT Haber, TRT Arab, NTV və  bir sıra digər kanalların canlı yayımında, onlara geniş müsahibələrində, İHA, Anadolu agentliyinə açıqlamalarında Qarabağ həqiqətləri və bölgədə baş verən son hadisələrlə bağlı geniş müsahibə verərkən deyib.

 Dağlıq Qarabağ münaqişəsi ilə bağlı son vəziyyətlə bağlı danışan millət vəkili Qənirə Paşayeva deyib ki, ATƏT-in Minsk Qrupu həmsədrləri olan ABŞ, Rusiya və Fransa münaqişənin həll edilməsi üçün təəssüf ki, heç bir addım atmırlar.

 Dağlıq Qarabağ münaqişəsinin nizamlanması missiyasını daşıyan ATƏT MQ həmsədrlərinin Ermənistana işğala son qoyması üçün heç bir təzyiq göstərməməsi Ermənistanın bölgədə daha da həddini aşmasına və vəziyyəti daha da gərginləşdirən təxribatları davam etdirməsinə səbəb olur. 

Millət vəkili Ermənistanın neçə aylardır girov saxladığı azərbaycanlı Dilqəm Əsgərov və Şahbaz Quliyevdən də danışıb və jurnalistlərin suallarını geniş cavablandırıb. 

Azərbaycan həqiqətlərinin həm Türkiyədə insanlara, həm də bütün dünyaya yayılmasında Türkiyə KİV-lərinin də üzərinə böyük missiya düşdüyünü deyən Qənirə Paşayeva Qarabağ, Xocalı Soyqırımı həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasında KİV-lərin televiziyaların, agentliklərin, qəzetlərin üzərinə böyük məsuliyyət düşdüyünü deyib və KİV-ləri bu istiqamətdə həssaslığı daha da artırmağa çağırıb. 

 

 

Şərhlər

Çox oxunanlar