Vətəndaşların işi asanlaşdırıldı

28.02.2018 11:52     Sosreaksiya     1437

Azərbaycan vətəndaşları qeydiyyat yerindən asılı olmayaraq istənilən "ASAN xidmət" mərkəzində şəxsiyyət vəsiqələrini dəyişdirə biləcəklər.

"ASAN xidmət"dən bildirilib ki, bu imkan Mingəçevir şəhərində növbəti "ASAN xidmət" mərkəzinin açlışından sonra planlaşdırılıb:

"Məlum olduğu kimi, ötən gün Mingəçevir şəhərində yeni "ASAN xidmət" mərkəzinin açılışı oldu. Mərkəz tam fəaliyyətə başlayandan sonra bu barədə elan edəcəyik. Bu xidmət ilk növbədə rayonlarda yaşayan vətəndaşlarımız üçün aktualdır. Hazırda biz bu məsələ üzərində işləyirik"./Trend/

Reaksiya.az

Şərhlər