Rusiya vətəndaşları Azərbaycanda RF prezidenti seçkilərində növbədənkənar səs verə biləcəklər - ÜNVANLAR
01.03.2018 15:14 Sosreaksiya 1131
Azərbaycanda daimi yaşayan və ya müvəqqəti olan Rusiya vətəndaşları martın 18-də keçiriləcək RF Prezidenti seçkilərində iştirak edə biləcəklər.
Rusiyanın Azərbaycandakı səfirliyindən Reaksiya.az-a verilən məlumata görə, seçicilər Bakı şəhəri, Bakıxanov küçəsi, 13 (səfirliyin konsul bölməsi) ünvanında yerləşən 8017 saylı seçki məntəqəsində səs verə bilərlər. Seçki məntəqəsi martın 18-i saat 08:00-dan 20:00-dək açıq olacaq.
Səsvermədə iştirak etmək üçün RF vətəndaşının şəxsiyyət vəsiqəsini təqdim etmək lazımdır.
Ətraflı məlumat üçün seçki məntəqəsinin nömrəsi: +99412-498-60-16, [email protected] və www.azerbaijan.mid.ru
Növbədənkənar səsvermə aşağıdakı ünvanlarda təşkil olunacaq:
- martın 3-ü saat 10:00-dan 16:00-dək - Şəki şəhəri, M.Ə.Rəsulzadə küç., 174 (Sabit Rəhman adına Dövlət Dram Teatrının binası);
- martın 10-u saat 10:00-dan 16:00-dək - Lənkəran şəhəri, Akademik Zərifə Əliyeva küç., 99 (Lənkəran şəhər Mədəniyyət Mərkəzi);
- martın 17-si saat 10:00-dan 16:00-dək - Gəncə şəhəri, Heydər Əliyev meydanı, İnzibati bina (Rus icmasının otağı).
Şərhlər