Dilləri Duolingo ilə öyrən!

05.08.2015 14:14     Sosreaksiya     3705

Duolingo dünyaca məşhur dil öyrənmək proqramıdır.  İkidilli insanları yetişdirmək üçün nəzərdə tutulan bu proqramda bildiyiniz bir  dil vasitəsi yeni dil  öyrənə bilərsiniz. Duolingodan istifadə tamamilə pulsuzdur, və şirkət hər zaman pulsuz qalacağını iddia edir. Dil interaktiv üsulla danışma, dinləmə, oxuma və yazma qaydalarına əsasən öyrədilir. Gündəlik hədəfinizi müəyyənləşdirərək nə qədər məşğul olacağınızı da müəyyənləşdirə bilərsiniz. Bundan başqa günlərə uyğun olaraq  nə qədər inkişaf etdiyinizi  gündəlik gördüyünüz işlərə proqramın tərtib etdiyi sxem vasitəsilə görə bilərsiniz. 

Bunun üçün sadəcə qeydiyyatdan keçmək kifayətdir.

Qeydiyyatdan keçmək həm də ona görə vacibdir ki, əgər siz seçdiyiniz kursu yarıda saxlasanız, bir müddət sonra yenidən davam etməyə qərar verdikdə qaldığınız yerdən davam edə biləcəksiniz.Qeydiyyatın iki forması var.

1. Email və parol yazaraq qeydiyyatdan keçə bilərsiniz

2. Facebook yaxud Google + hesabınız vasitəsilə avtomatik olaraq qeydiyyatdan keçə bilərsiniz.

Proqramdan online şəkildə kompüterlə istifadə etməklə yanaşı telefon yaxud planşetinizə app-ları yükləyərək yolda, səyahətdə və s istənilən yerdə , istədiyiniz zaman istifadə edə bilərsiniz. Tək ehtiyacınız olan şey internetdir.

Proqramı mobil cihazlarınıza endirmək istəyirsinizsə, İOS, Android və Vindovs Phone platformalı mobil cihazların mağazasına daxil olaraq proqramı tamamilə pulsuz şəkildə endirə bilərsiniz. 

Bəs hansı dilləri öyrənmək mümkündür?

Əvvəlcədən bildirim ki, Azərbaycan dilində kurs mövcud deyil. Lakin Türk, rus və ingilis dillərindən hər hansı birini bilirsinizsə,dil öyrənmək kursu tapa biləcəksiniz.

1. Əgər siz Türk  dilini bilirsinizsə, ingilis və alman dillərini öyrənə bilərsiniz. 

2. Əgər siz rus dilini bilirsinizsə, ingilis və alman dillərini öyrənə bilərsiniz. Yaxın zamanlarda isə proqramın rusdilli şəxslər üçün İspan dili və İsveç dili kursunun təqdim etməyi planlaşdırılır.

3. Əgər siz ingilis dilini orta səviyyədə bilirsinizsə, bu zaman sizin bir çox dilləri öyrənmək şansınız var. Buraya daxildir : İspan, fransız, italyan, portuqal, holland, irland, isveç, danimarka, türk, norveç, ukrayna və esperanto dilləri.

Hazırda ingilis dili bilənlər üçün Rus, Hind, Viyetnam, Rumin və s dil kurslarının hazırlanması istiqamətində işlər davam etdirilir.

Əgər siz Çin, İtalyan, Alman, Portuqal və s. dilləri bilirsinizsə,  bu dillər vasitəsilə də yeni dillər öyrənə bilərsiniz. Bunun üçün proqramın rəsmi səhifəsini ziyarət edin.

https://www.duolingo.com/

Şərhlər

Çox oxunanlar