Gunay Əfəndiyeva Selçuk Akatla görüşüb

03.03.2018 10:05     Sosreaksiya     1583

 Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunda Fondun prezidenti Günay Əfəndiyeva Türkiyə Xarici İqtisadi Əlaqələr Təşkilatının (DEİK) Türkiyə - Azərbaycan Biznes Şurasının sədri Selçuk Akat ilə görüşüb.

Reaksiya.az-ın xəbərinə görə, görüş zamanı G.Əfəndiyeva Fondun türkdilli xalqların tarixinin, mədəniyyətinin mühafizəsi, təşviqi istiqamətində apardığı fəaliyyətindən söz açmış, gələcək iş və layihələrdən bəhs edib. G.Əfəndiyeva həmçinin, Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun yenicə fəaliyyətə başlamağına baxmayaraq Türk Dünyası tarixi-mədənin irsinin dünyaya tanıdılması istiqamətində gördüyü işlərdən, həyata keçirdiyi layihələrindən, xarici ölkələrdə təşkil etdiyi konfrans, seminarlardan söz açıb.

 S.Akat öz növbəsində Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun türkdilli xalqların mədəniyyətlərinin mühafizəsi və təbliği istiqamətində gördüyü işlərdən məlumatlı olduğunu və Fondun bu səylərini yüksək qiymətləndirdiyini qeyd edib. Görüş zamanı, Fondun fəaliyyətinin bütövlükdə Türk Dünyası üçün əhəmiyyətinə toxunan S.Akat rəhbəri olduğu Türkiyə - Azərbaycan Biznes Şurasının Fond ilə uğurlu əməkdaşlığına dair inamını ifadə edib.

Görüşdə gələcək əməkdaşlığın perspektivlərinə dair fikir mübadiləsi aparılıb, həyata keçiriləcək birgə layihələr müzakirə olunub.


Gülnaz Qənbərli

Reaksiya.az

Şərhlər

Çox oxunanlar