Millət vəkili Qənirə Paşayeva Ankarada İLESAM-da məruzə ilə çıxış edib və Türk aydınlarına çağırış edib - FOTOLAR
05.03.2018 12:03 Sosreaksiya 1571
Qənirə Paşayeva Ankarada İLESAM-da məruzə ilə çıxış edib və Türk aydınlarına çağırış edib
Ankarada İLESAM(Türkiye İlim ve Edebiyat Eseri Sahipleri Meslek Birliği)ndə çıxış edən millət vəkili Qənirə Paşayeva aydınlar qarşısında çıxış edərək Türk dünyasına Qarabağ, Kərkük, Ahıska, Bayırbucak çağırışı edib. Reaksiya.az-ın xəbərinə görə, Q.Paşayeva Azərbaycan və Türkiyə bir millət iki dövlətdir deyərək bu birliyin dosta da, düşmənə də bir mesaj olduğunu söyləyib. O, "Azərbaycan və qardaş Türkiyənin hər zaman güclü olması ən böyük diləyimizdir"-, deyib.
Millət vəkili bildirib ki, biz birlikdə Azərbaycan və Türkiyəyə qarşı terror hadisələri, cinayətlər, işğallar həyata keçirənlərə qarşı mübarizəmizi daha da gücləndirməliyik, gücləndiririk və inşallah onların ədalət qarşısında cavab vermələrinə də nail olacağıq. Millət vəkili Qənirə Paşayeva "100 il sonra yeni bir Çanaqqaladan keçirik və inşallah dədələrimiz kimi biz də zəfər qazanacağıq", - deyib. Q.Paşayeva qeyd edib ki, dədələrimiz birlik və bərabərlik içində bizə zəfərin yolunu göstərdi və yenə də birlik, bərabərliyimizi daha da gücləndirib zəfər qazanacağıq. Bu gün Türk dünyasının müxtəlif bölgələrində türk kökənli insanların yaşadığı ağrılardan, əziyyət çəkdiyi problemlərdən danışan millət vəkili Qənirə Paşayeva güc birlikdədir və birlikdə bizə qarşı ədalətsizliklərə qarşı daha güclü mübarizə apara bilərik deyib: "Bir türk xalqının, toplumunun problemi, bütün türk xalqlarının ortaq problemidir. Ona görə də Türk dünyasıyla bağlı məsələlərdə bir-birimizə hər zaman böyük dəstək olmalıyıq. İnşallah yaxın zamanlarda belə tədbirləri birlik və bərabərlik içində Ermənistanın işğalından azad edəcəyimiz Dağlıq Qarabağımızda və digər o gözəlbölgələrimizdə də birlik və bərabərlik içində qeyd edək. İnanırıq ki, o gün uzaqda deyil. Bütün Türk, müsəlman çoğrafiyasında yaşayan, bu gün acı və kədər içində olan qardaş-bacılarımıza dəstək olmalıyıq və mən sizi bu gün Suriyada Bayırbucakda, İraqda Təlafər, Kərkükdə, Krımda, Axısxada, Qarabağda, harada əziyyət çəkən insanımız varsa onlara hər zaman əlinizdən gələn köməyi əsirgəməməyə çağırıram. Allah insanımıza hər zaman hər yerdə yardımçı olsun”- deyərək bitirib.
Millət vəkili Q.Paşayeva tədbirdən sonra aydınlarla geniş fikir mübadiiləsi də aparıb və onlara özünün müəllifi olduğu kitabları hədiyyə edib.
Millət vəkili Q.Paşayevanın tədbirdə çıxış videosunun linkini burdan izləyə bilərsiniz.
https://www.youtube.com/watch?
Gülnaz Qənbərli
Reaksiya.az
Şərhlər