İzmirin və Karasunun rəsmi şəxsləri ilə Qarabağ həqiqətlərinin bu vilayətdə daha geniş təbliği müzakirə edilib

06.03.2018 21:02     Sosreaksiya     1439

Millət vəkili Qənirə Paşayevanın İzmir Karşıyakada Azərbaycan Cümhuriyyəti küçəsi və parkının açılması təklifini bələdiyyə başqanı dəstəkləyib. Reaksiya.az - ın xəbərinə görə, İzmir Karşıyaka bələdiyyə başqanı Hüseyn Mutlu Akpınar, millət vəkilləri ilə Qarabağ həqiqətlərinin bu vilayətdə daha geniş təbliği müzakirə olunub. 

Ümummilli liderimiz Heydər Əliyevin adına parkın və abidəsinin açılışında iştirak etmək üçün İzmirdə səfərdə olan millət vəkili, Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu İB-nin sədri Qənirə Paşayeva, millət vəkili Sona Əliyeva, Diasporla İş üzrə Dövlət Komitəsi sədrinin 1-ci müavini Valeh Hacıyev , Türkiyə Azərbaycan Dərnəkləri Federasiyası rəhbəri Bilal Dündar və Azerbaycan Kültür və Dayanışma Dərnəyinin rəhbəri Mülazim Paşa Karşıyaka bələdiyyə başqanı və millət vəkilləri ilə görüşüblər. Millət vəkili Q.PaşayevanınKarşıyakada Azərbaycan Cümhuriyyəti küçəsi və parkının açılması təklifini bələdiyyə başqanı dəstəkləyib. 

Q.Paşayeva Azərbaycan Cumhuriyyətinin 100-cü ildönümü olduğunu da vurğulayaraq bölgənin mərkəzi küçələrindən birinə Azərbaycan adının verilməsini və orada qoyulacaq lövhədə Azərbaycanla bağlı məlumatların əks olunması təklifi ilə çıxış edib.Bələdiyyə başqanı təklifi dəstəkləyib. Millət vəkili Q.Paşayeva Karşıyaka bələdiyyə başqanı ilə görüşdə qardaş Türkiyədə terrorla mübarizədə şəhid olmuş insanlara Allahdan rəhmət, yaxınlarına səbr diləyir, terroru və arxasında duranları lənətləyirik deyib. Azərbaycanın erməni terrorundan çox əziyyət çəkdiyini xüsusi vurğulayan millət vəkili Qənirə Paşayeva terrorla mübarizədə Azərbaycanın hər zaman qardaş Türkiyənin yanında olduğunu deyib. Azərbaycanın sevinci sevincimiz, üzüntünüz üzüntümüzdür deyən bələdiyyə başqanı azərbaycanlı şəhidlərimizə Allahdan rəhmət diləyirik və Azərbaycan torpaqlarının işğaldan azad edilməsində hər zaman qardaş Azərbaycanın yanındayıq deyib. Millət vəkilləri Q.Paşayeva və Sona Əliyeva Karşıyakanın mərkəzində ümummilli liderimiz Heydər Əliyevin adına parkın və abidəsinin açılmasını həyata keçirən bələdiyyə başqanına təşəkkürlərini bildiriblər və bu addımın bütün Türk dünyası bölgələri üçün gözəl bir örnək olduğunu deyiblər. 

Millət vəkili Q.Paşayeva dosta və düşmana böyük bir məsaj olan addımı üçün bələdiyyə başqanına təşəkkür edib. Azərbaycanı çox sevdiyini deyən Karşıyaka bələdiyyə başqanı Azərbaycan-Türkiyə münasibətlərinin daha da inkişafı istiqamətində, özəlliklə gənc nəsillərimizə ortaq tarix, mədəniyyətimizin öyrədilməsinin vacibliyi ilə bağlı da geniş müzakirələr olub. Karşıyaka bələdiyyə başqanı Türkiyənin və Azərbaycanın bir millət iki dövlət olduğunu vurğulayaraq bələdiyyəyə rəhbərliyi dövründə Azərbaycanla bütün istiqamətlərdə əməkdaşlığın inkişafına xüsusi önəm və diqqət edəcəyini deyib. Q.Paşayeva bələdiyyə başqanını Azərbaycana dəvət edib. Azərbaycanı çox sevdiyini deyən bələdiyyə başqanı Hüseyn Mutlu Akpınar Azərbaycana mütləq səfər edəcəyini bildirib. Millət vəkili, Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu İB-nin sədri Qənirə Paşayeva, millət vəkili Sona Əliyeva həmçinin İzmir millət vəkilləri ilə də görüşüblər və müzakirələr olub.

Söhbət zamanı Ermənistanın işğalçılıq siyasəti barədə geniş məlumatlar verilib. “Ancaq mən inanıram ki, biz Azərbaycan və Türkiyə olaraq əl-ələ verib torpaqlarımızı Ermənistanın işğalından azad edəcək və bu cür görüşləri o gözəl torpaqımızda da keçirəcəyik” –, deyə millət vəkili bildirib. İki qardaş ölkə Azərbaycan ilə Türkiyə arasında əlaqələrin daha da inkişaf etməsindən məmnunluğunu ifadə edən millət vəkili Qənirə Paşayeva Azərbaycan bölgələri ilə Karşıyaka arasında da bu əlaqələrin getdikcə daha genişlənməsinin vacibliyini qeyd edib. Millət vəkili Qənirə Paşayeva görüş zamanı İzmirdə təhsil alan azərbaycanlı tələbələr barədə də bələdiyyə başqanına məlumat verərək onların ortaya çıxan qayğı və problemlərinin həlli istiqamətində dəstək göstərilməsini Millət vəkili Q.Paşayeva həmçinin İzmir aydınları, QHT və KİV rəhbərləri, qadın və gənclər təşkilatları, burada yaşayan və təhsil alan azərbaycanlılarla da görüşüb və Qarabağ həqiqətlərinin daha geniş yayılması ətrafında müzakirələr olub. Millət vəkili KİV-lərə geniş müsahibələr verib, onların Azərbaycanla bağlı suallarını da cavablandırıb.

Millət vəkili, Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu İB-nin sədri Qənirə Paşayeva, millət vəkili Sona Əliyeva, Türkiyə Azərbaycan Dərnəkləri Federasiyası rəhbəri Bilal Dündar, Bakı şəhər Nəsimi rayon icra başçısının müavini Gülarə Verdiyeva, Azərbaycan qazisi Azər Quluyev, Göyçay şəhər bələdiyyə sədri , Bakı şəhər Nəsimi rayon bələdiyyə sədri Karasu bələdiyyə başqanı Mehmet İspiroğlu ilə görüşüblər. Millət vəkili Q.Paşayevanın Karasuda Azərbaycan Cümhuriyyəti küçəsi və parkının açılması təklifini bələdiyyə başqanı dəstəkləyib. Q.Paşayeva Azərbaycan Cumhuriyyətinin 100-cü ildönümü olduğunu da vurğulayaraq bölgənin mərkəzi küçələrindən birinə Azərbaycan adının verilməsini və orada qoyulacaq lövhədə Azərbaycanla bağlı məlumatların əks olunması təklifi ilə çıxış edib.Bələdiyyə başqanı təklifi dəstəkləyib. Millət vəkili Q.Paşayeva Karasu bələdiyyə başqanı ilə görüşdə qardaş Türkiyədə terrorla mübarizədə şəhid olmuş insanlara Allahdan rəhmət, yaxınlarına səbr diləyir, terroru və arxasında duranları lənətləyirik deyiblər. Azərbaycanın erməni terrorundan çox əziyyət çəkdiyini xüsusi vurğulayan millət vəkili Qənirə Paşayeva terrorla mübarizədə Azərbaycanın hər zaman qardaş Türkiyənin yanında olduğunu deyib. 

Azərbaycanın sevinci sevincimiz, üzüntünüz üzüntümüzdür deyən bələdiyyə başqanı azərbaycanlı şəhidlərimizə Allahdan rəhmət diləyirik və Azərbaycan torpaqlarının işğaldan azad edilməsində hər zaman qardaş Azərbaycanın yanındayıq deyib. Azərbaycanı çox sevdiyini deyən Karasu bələdiyyə başqanı Azərbaycan-Türkiyə münasibətlərinin daha da inkişafı istiqamətində, özəlliklə gənc nəsillərimizə ortaq tarix, mədəniyyətimizin öyrədilməsinin vacibliyi ilə bağlı da geniş müzakirələr olub. Azərbaycanın şəhidi bizim də şəhidimizdir deyən bələdiyyə başqanı Türkiyənin hər zaman qardaş Azərbaycanın yanında olduğunu deyərək bildirib ki, Azərbaycanın öz torpaqlarını işğaldan azad etmək haqlı davasında hər zaman yanında olacağıq. Karasu bələdiyyə başqanı Mehmet İspiroğlu Türkiyənin və Azərbaycanın bir millət iki dövlət olduğunu vurğulayaraq bələdiyyəyə rəhbərliyi dövründə Azərbaycanla bütün istiqamətlərdə əməkdaşlığın inkişafına xüsusi önəm və diqqət edəcəyini deyib. Q.Paşayeva bələdiyyə başqanını Azərbaycana dəvət edib. Azərbaycanı çox sevdiyini deyən Karasu bələdiyyə başqanı Mehmet İspiroğlu Azərbaycana mütləq səfər edəcəyini bildirib.

Görüşün videosunun linkini burdan izləyə bilərsiniz. 

https://www.youtube.com/watch?v=k2yO4SkOe6g 
Gülnaz Qənbərli

Reaksiya.az

Şərhlər

Çox oxunanlar