Windows 10 bu telefonlarda tətbiq ediləcək

05.08.2015 17:02     Sosreaksiya     1572

Yeni əlaqə sistemi Windows 10-u istifadəyə təqdim edən Microsoft indi də bu yeniləmənin tətbiq ediləcəyi ilk Lumia modellərinin siyahısını açıqlayıb.

Microsoftun 29 İyulda 190 ölkədə istifadəyə təqdim etdiyi yeni əlaqə sistemi Windows 10 bir çox istifadəçi tərəfindən kompüterlərə yüklənib. Firma daha əvvəl verdiyi açıqlamada kompüterlərdən sonra ağıllı telefonlar üçün Windows 10 əlaqə sistemini istifadəyə verəcəyini bildirmişdi.

Firmadan verilən məlumata görə Windows 10-un mobil variantı ilk olaraq 430, 435, 532, 535, 540, 640, 640  XL,735, 830 və 930 Lumia modellərinə yüklənəcək. Windows 10 mobil yenilənmiş interfeys, universal tətbiqi, yeni hazırlanan Hərəkət Mərkəzi və yeni skaner Edge xüsusiyyətləri ilə birlikdə Lumia modellərinə yüklənəcək.

 Microsoftun açıqladığı siyahıya görə, yeni əməliyyat sistemi ilk olaraq Lumia 430, 435, 532, 535, 540, 640, 640 XL, 735, 830 və 930 modellərinə yüklənəcək. Telefon adları müəyyən edilmiş olsa da yeniləmənin nə vaxt tətbiq ediləcəyi barədə bir məlumat verilməyib. Digər Lumia modellərinə yeniləmə verilib verilməyəcəyi isə bilinmir.

 

Şərhlər

Çox oxunanlar