Uçan hoverboardın görüntüləri yayımlandı - VİDEO
05.08.2015 17:20 Sosreaksiya 1786

Lexus şirkəti uçan hoverbord icad edib.
Reaksiya.az xəbər verir ki, şirkət Slide adlanan hoverbordunu peşəkar skeytbordçu Ross McGouran-a göstərib. O, uçan bordu sınaqdan keçirib. Sınaqlar bu cihaz üçün Barselonada xüsusi hazırlanan parkda baş tutub.
Şirkətin verdiyi məlumata görə, hoverbordun levitasiyası xüsusi maqnitlər və maye azotu ilə soyudulan ifratkeçiricilərin köməyi ilə mümkün olur.
Sizə şirkətin hazırladığı videonu təqdim edirik.
Şərhlər