Bakının sürüşmə zonalarındakı HAZIRKI DURUM
09.03.2018 12:07 Sosreaksiya 1193
"Bayıl sürüşmə sahəsində ciddi dəyişiklik yoxdur”.
Bunu "Report”a açıqlamasında ərazidə olan Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Geoloji Kəşfiyyat Xidmətinin Geoloji planlama ekspedisiyasının rəisi Əziz Qaralov deyib.
Onun sözlərinə görə, ərazidə mayaklar qoyulub, müşahidə aparmaq üçün digər qurğular yerləşdirilib: "Bir gündən bir sürüşmə ərazisində müşahidələr aparılır. Topoqrafiq işlər görülür. Əvvəlcədən məlumat verildiyi kimi, çatların uzunluğu təxminən 100-120, dərinlik 5-12 metr arasındadır”.
Ə.Qaralov qeyd edib ki, Bakıda At yalı, Zığ, Abşeron rayonu, Masazır qəsəbəsindəki Zəli gölü sürüşmə ərazilərində aktivlik müşahidə olunub.
Şərhlər