Təlimə cəlb edilmiş tank hərbi hissələri tapşırıqları yerinə yetirirlər - VİDEO

13.03.2018 12:54     Sosreaksiya     1390

Xəbər verdiyimiz kimi, Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin təsdiq etdiyi plana əsasən martın 12-dən müxtəlif qoşun növləri, qismləri, birlik və birləşmələrin iştirakı ilə genişmiqyaslı təlimlər başlayıb.

Müxtəlif qoşun növlərinin tətbiqi ilə keçirilən təlimlər davam edir.
Təlimin niyyətinə uyğun olaraq müdafiə və əks-hücum əməliyyatlarında atəş dəstəyi həyata keçirəcək tank bölmələri təyin edilmiş məntəqələrə çıxarıldıqdan sonra növbəti mərhələyə hazırlıqla bağlı tapşırıqlar icra edirlər.

Reaksiya.az

Şərhlər