Apple iPhone istehsalını dayandırdı
17.03.2018 11:13 Sosreaksiya 1480
Hazırda Hindistan bazarında Apple provayderləri arasında Vistron liderlik edir
Apple iPhone istehsalını dayandırıb.
Apple şirkəti Çində yerləşən Kunşane zavodunda iPhone 8 Plus-un istehsalını 2 həftəlik müddətə dayandırıb.
Bunun səbəbi isə cihazın quraşdırılması ilə məşğul olan Vistron provayderinin sertifikatlaşdırılmamış komponentlərdən istifadə etməsi olub.
Nəşrin məlumatına görə, Apple etibarını geri qaytarmaq məqsədilə Vistron-un yüksək səviyyəli idarəçilərini cərimə edib. Cərimələrin fonunda Vistronun səhmləri 5 faiz ucuzlaşıb.
Xatırladaq ki, Vistron iPhone 8 Plus istehsalının 20 faizini həyata keçirir. 80 faizini isə güclü rəqib olan Fokson provayderi həyata keçirir.
Hazırda Hindistan bazarında Apple provayderləri arasında Vistron liderlik edir.(sputnik)
Şərhlər