“Forbes”uğurlu sahibkarlarının reytinqini dərc edib

06.08.2015 03:27     Sosreaksiya     1645

Dünyanın ən məhşur biznes jurnalı olan “Forbes”in sonuncu nəşrində informasiya və yüksək texnologiyalar sahəsində 2015-ci ilin ən uğurlu sahibkarlarının reytinqi dərc edilib.
Reaksiya.az məlumat verir ki, siyahıya amerikalı biznes maqnatı, filantrop, "Microsoft" şirkətinin yaradıcısı Bil Qeyts başçılıq edir. Onun 79.6 milyard dollara sahib olduğu bildirilir.
İkinci pillədə "Oracle" şirkətinin sahibi Larri Ellison qərarlaşıb (50 milyard dollar).
Üçlüyü "Amazon" portalının hissə sənədlərinin 90 faizinə sahib olan Ceff Bezos (47.8 milyard dollar) tamamlayır.
"Onluğa" "Facebook"un qurucusu Mark Zukeberq (41.2 milyard dollar), "Google" şirkətinin təsisçisi Larri Peyc (33.4 milyard dollar) və "Apple" şirkətinin mərhum qurucusu Stiv Cobs-un həyat yoldaşı - Loren Pauell-in (21.4 milyard dollar) adları da daxil edilib.

Şərhlər

Çox oxunanlar