Qulini öldürmək istəyən erməni oğru haqqında
19.03.2018 13:00 Sosreaksiya 1724
Erməni qanuni oğru Andranik Soqoyan (Zap Leninakanski) qanuni oğru David Alxanaşvilinin (Dato Pankiski) qətlə yetirməsindən sonra daha iki nəfərin qətlində şübhəli bilinib.
Bu barədə informasiyanı “Praym Kraym” saytı yayıb. Sayt Soqoyanın xüsusilə Gürcüstandan olan qanuni oğru Qoçi Alpaidzenin (Alfason) qətlinin əsas təşkilatçısı olduğunu bildirib. Ona bu qətli Nodar Asoyanın sifariş verdiyi vurğulanıb. Buna səbəb isə Alpaidzenin Asoyanın illərdir nəzarətdə saxladığı Rostov vilayətinə müdaxilə etmək istəməsi olub.
Zap həmçinin Qayk Nikoqosyana (Ayko Qarabağski) hücumda da iştirak edib. Bu hücum nəticəsində Nikoqosyan ayağından güllələnərək əlil olub.
Sayt həmçinin Zapın Ermənistan hökuməti ilə sıx əlaqələri olduğunu da açıqlayıb. Belə ki, məhz İrəvan onu Çexiya hökumətinin əlindən almağı bacarıb. Rusiya Daxili İşlər Nazirliyi ilə də sıx əlaqələri olan Zap bunun sayəsində Gürcüstana ekstradisiyadan (orada onu 18 il həbs gözləyir – red.) xilas ola bilib.
Qeyd edək ki, Zapın hazırda həbsdə olan rus mafiyasının lideri Zaxariya Kalaşovun (Şakro Molodoy) klanı ilə sıx əlaqələri olduğu güman edilir.
Rusiya mətbuatı həmçinin bir müddət öncə azərbaycanlı qanuni oğru Nadir Səlifovun ölüm əmrinin verildiyi və bu işin Zapa tapşırıldığı haqqında informasiya yaymışdı.
Şərhlər