XİN: "Rusiyada yanğında ölən və yaralananların arasında Azərbaycan vətəndaşları yoxdur"
26.03.2018 16:19 Sosreaksiya 1226
Rusiyanın Kemerovo şəhərində yerləşən "Zimnaya vişnya" ("Qış albalısı") ticarət-əyləncə mərkəzində baş vermiş güclü yanğın nəticəsində ölənlərin sayı 53 nəfər çatıb. Faciə nəticəsində daha 43 nəfər müxtəlif dərəcəli xəsarətlərlə xəstəxanalara yerləşdirilib və 27 itkin düşüb.
"Rusiyada yanğında ölən və yaralananların arasında Azərbaycan vətəndaşları yoxdur".
Bu barədə "Report"a XİN-nin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev bildirib.
H.Hacıyevin sözlərinə görə, Rusiya Federasiyası Fövqəladə hallar Nazirliyinin Kemerovo vilayəti üzrə bölməsindən Azərbaycan Respublikasının Rusiyadakı Səfirliyinə verilən ilkin məlumata görə, ticarət mərkəzində yanğında ölən və yaralananlar arasına Azərbaycan Respublikası vətəndaşlarının olması faktı qeydə alınmayıb.
Şərhlər