Düşmən etiraf etdi: - Ermənilər hələ də Talış kəndinə geri qayıtmağa cürət etmir

26.03.2018 16:33     Sosreaksiya     1423

Aprel döyüşlərindən sonra işğal altında olan Qarabağın Talış yaşayış məntəqəsindən qaçan ermənilər hələ də geri qayıtmağa cürət etmir.

Aprel döyüşlərindən sonra işğal altında olan Qarabağın Talış yaşayış məntəqəsindən qaçan ermənilər hələ də geri qayıtmağa cürət etmir. 
Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, bu barədə Tərtərin işğal altında olan Talış kəndinin “rəhbəri” Vilen Petrosyan bildirib. 

Məlumata görə, ümumiyyətlə aprel döyüşləri zamanı işğal altında olan Qarabağdan Ermənistana qaçan 200-dək Talış kənd sakini geri qaytarılıb. Ermənistan hökümətinin geri qaytardığı Talış kənd sakinləri Ağdərənin Alaşan adlanan qəsəbəsində məskunlaşdırılıb.

Vilen Petrosyan bildirir ki, hazırda aprel döyüşlərindən sonra Talış yaşayış məntəqəsində yaşayan ailə yoxdur. Burada yalnız kişilərdən ibarət fəhlələr və Ermənistan ordusunda xidmət edənlər yaşayır. 

Kənd “rəhbəri” Talışa qayıtmaq istəməyən ailələrin olduğunu qeyd edib. Talış sakinləri arasında qorxu olduğunu etiraf edən kənd başçısı, hər zaman təhlükədə olduqlarını bildirib. 

 

Şərhlər

Çox oxunanlar