Erməni əsgərin müəmmalı qətli - Onu kim öldürüb?

27.03.2018 11:38     Sosreaksiya     1268

Erməni əsgərinin ölüm işi üzrə şahidlərin izahatları ziddiyətlidir.

Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, 2017-ci ilin yanvarın 16-da işğal altındab olan Dağlıq Qarabağ ərazisindəki qanunsuz hərbi hissələrdən birində ölən erməni əsgəri Qurqen Sarkisyanın işi üzrə şahid qismində dindirilən hərbi qulluqçuların məhkəmə iclaslarında verdikləri ifadələri ilkin istintaq zamanı verdikləri izahatla ziddiyyət təşkil edir. 

Şahid qismində dindirilən erməni hərbi qulluqçular bildirib ki, hadisə barədə, iş üzrə yeganə təqsirli bilinən Qaren Hovhanisyandan eşidiblər və onun dediklərini təkarar ediblər. Zərərçəkənin hüquqlarını müdafiə edən vəkil Liparit Simonyan məhkəmə işinin gedişatı barədə erməni mətbuatına məlumat verib. 

Cinayət işinin materiallarına əsasən hadisə günü gecə şəraitində erməni əsgəri Karen Hovhanisyan və leytenant Aşot Poğosyan digər döyüş mövqeyindən öz döyüş mövqelərinə qayıdıblar. Leytenant Aşot Poğosyan qayıtdıqdan sonra öz silahını növbədəki digər erməni əsgəri Vladimir Sarkisyana verməklə onu boşaltmağı tapşırıb və ayaqyoluna gedib. Karen Hovhanisyan avtomatı Sarkisyandan alaraq qazmaya (blindaja) silahı boşaltmağa gedib. Qazmada xəzinəni avtomatdan ayırmadan qoruyucunu açaraq yoxlama atəşi açıb. Bu atəş nəticəsində 1.5 m aralıda duran Sarkisyan baş nahiyəsindən güllə yarası alıb.

Yaralı erməni əsgər Xankəndi hospitalına, oradan İrəvan mərkəzi hospitalına təxliyyə edilib. Müalicə olunduğu hospitalda 1.5 ay sonra, martın 1-də ölüb. Nəticədə, Karen Hovhanisyana qarşı ölümlə nəticələnən döyüş növbətçiliyi qaydalarının pozulması maddəsi üzrə cinayət işi qaldırılıb. 

Erməni vəkilin sözlərinə görə, təqsirli şəxs və şahidlərin ifadələri arasında ziddiyətlər var və silahın kimə verildiyi mübahisə mövzusudur.

O, hal-hazırda hərbi xidmətini davam etdirən leytenant Poğosyana qarşı cinayət işi qaldırmağı tələb edib. Ona təhkim edilən silahın özü tərəfindən boşaldılmamasının ölümə səbəb olmasına baxmayaraq, onun azadlıqda olmasını anlaşılmaz hal kimi qiymətləndirib. Vəkil qeyd edir edir ki, cinayət işi lazımi səviyyədə araşdırılmadan məhkəməyə göndərilib. O, iş üzrə hansısa bir naməlum gizli məqamın olduğundan şübhə etdiyini bildirib. 

Hadisə zamanı qazmada daha 4 hərbi qulluqçu olsa da, qəribədir ki, onlar həmin anda yatdıqlarını, atəş səsi eşitmədiklərini və heç nə görmədiklərini iddia edirlər. Maraqlıdır ki, şahidlərdən biri ifadəsində qeyd edib ki, onu yuxudan zabit oyadıb, lakin cinayət materiallarına görə hadisə zamanı leytenant Poğosyan ayaqyolunda olub. 

Vəkil bildirir ki, bütün şahidlər eyni təqsirli şəxsin dediklərini təkrar edir və bu da hər şeyin bir mərkəzdən idarə olunduğunu sübut edir. O, silahın doldurulub boşaldılması prosesinin çöl şəraitində aparılmalı olduğu halda, nə üçün qazmada aparıldığını sual edir və qazmada yatan 4 hərbi qulluqçunun atəş səsini eşitməmələri barədə izahatlarına inanmır. 

Qeyd edək ki, qazmada açılan atəş nəticəsində yaralanan Sarkisyana dəyən güllənin aşkar edilməməsi kimi bir çox suallarına hələ də cavab verilməyib. 

Reaksiya.az

Şərhlər

Çox oxunanlar